Fev
2023
15:21
184
24
817
Virtual karabakh

Laura Loxman: “Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təminatına əsaslı töhfələr verir”

2 Fev, 2023
15:21
817

Laura Loxman: “Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təminatına əsaslı töhfələr verir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təminatına əsaslı töhfələr verir”.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Amerikalı qonaq qeyd edib ki, Cənub Qaz Dəhlizinin yaratdığı təməllər əsasında bərpa olunan enerji, o cümlədən yaşıl hidrogen sahəsində yeni əməkdaşlıq perspektivləri meydana çıxıb. Azərbaycan bu layihələrin həyata keçirilməsində vacib rol oynayır.

Laura Loxman Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması münasibətilə dövlətimizin başçısını təbrik edib.

Görüşdə ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirilib və Birləşmiş Ştatlarla Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri