29 
Mar
2023
00:08
76
332
4851
Virtual karabakh

Zahid Oruc: “Fazil Mustafaya 7-8 güllə atılıb” - VİDEO

29 Mar, 2023
00:08
4851

Zahid Oruc: “Fazil Mustafaya 7-8 güllə atılıb” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fazil Mustafaya 7-8 güllə atılıb. Bu, onun həyatına edilən sui-qəsddir”.

Bunu “Report”a Milli Məclisin deputatı Zahid Oruc Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.

“Bu sui-qəsdin təbii ki, siyasi səbəbləri var. Kimlərsə 90-cı illərlə bu dövrü səhv salır, o vaxt da siyasi terrorlar baş alıb gedirdi. Həm də Qarabağ müharibəsindən sonra əksər adamlarda silah var idi. O silahlarla daxildə müxtəlif hücumlar həyata keçirirdilər. İstəyirlər ki, insanlarımız ölkədən qaçsın”, - Z.Oruc bildirib.

Qeyd edək ki, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

TƏBİB-dən verilən məlumata görə, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir və həyati təhlükəsinin olmadığı bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri