15 
May
2023
00:47
563
67
6612
Virtual karabakh

AK Parti İstanbul təşkilatının qarşısında bu dəqiqələrdə izdiham yaşanır - YENİLƏNİB + FOTO

15 May, 2023
00:47
6612

AK Parti İstanbul təşkilatının qarşısında bu dəqiqələrdə izdiham yaşanır - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AK Parti İstanbul təşkilatının qarşısında bu dəqiqələrdə izdiham yaşanır.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, AK Parti tərəfdarları bir ağızdan şüarlar səsləndirməyə başlayıblar.

Onlar AK Partinin sədri və ölkənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğanın adını ucadan qışqırır, “Bu millət səninlə fəxr edir”, “Aponun istəyi, durdura bilməz bizləri” kimi şüarları səsləndirirlər.

Qeyd edək ki, hazırda ərazidə hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

00:19

Türkiyə daxili işlər naziri Süleyman Soylu, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş ölkədə keçirilən seçkiləri izləmək üçün AK Parti İstanbul təşkilatının binasına gəliblər.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda partiya təşkilatının binasına 200 nəfərə yaxın yerli və əcnəbi jurnalist Türkiyədə keçirilən prezident və parlament seçkilərini izləmək üçün gəlib.

Artıq bir neçə saatdır ki, AK Parti İstanbul təşkilatının binası qarşısında izdiham yaşanır. AK Parti sədri Rəcəb Tayyib Ərdoğanın tərəfdarları əllərində Türkiyə və AK Parti bayraqları ilə öz namizədlərinə dəstəklərini nümayiş etdirirlər.

Hazırda hüquq-mühafizə orqanları ərazidə təhlükəsizlik tədbirləri görür.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri