Apr
2024
23:04
75
27
1289
Virtual karabakh

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və Qarabağdakı separatizm - VİDEO

9 Apr, 2024
23:04
1289

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və Qarabağdakı separatizm - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-nin “Qarabağ xronikası” verilişinin 136-cı xüsusi buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və Qarabağdakı separatizmdən bəhs edib.

O bildirib ki, Türkmənçay və Ədirnə müqavilələrinə əsasən, Qacarlar dövləti və Osmanlı İmperiyası ərazilərindən Cənubi Qafqaza, ələlxüsus da İrəvan, Naxçıvan, Qarabağ, Gəncə xanlıqları və digər ərazilərə ermənilərin kütləvi köçü başlayıb.

“Etnik göstəricilər süni şəkildə dəyişdirilir və yeni tarix - “erməni tarixi” yazılır. Məhz həmin dövrdən başlayaraq azərbaycanlılara məxsus bu ərazilərdə mədəni irsin də erməniləşdirilməsi prosesinə start verilir. Bu gedişatı müasir dillə separatizmin başlanğıc nöqtəsi adlandıra bilərik”, - deyə jurnalist söyləyib.

Qeyd edilib ki, XX əsrin əvvəlində Cənubi Qafqazda baş verən hərbi-siyasi proseslər get-gedə daha kəskin xarakter alır. Osmanlıya qarşı açılan bu savaşda Antanta ölkələri imperiyanın daxilində daşnak ideologiyası ilə yaşayan ermənilərdən də istifadə edirlər:

“Türk hərbçilərinə arxadan xain zərbələr endirən bu silahlı dəstələr paralel olaraq azərbaycanlıların yaşayış məntəqələrinə də silahlı basqınlar edirlər, mülki əhaliyə qarşı cinayətlər törədilir. Bu basqınlar müasir Azərbaycan, İran, Gürcüstan, Rusiya və Türkiyə ərazilərini qismən və bu gün Ermənistan adlanan coğrafiyanı əhatə edir. Yaranan vəziyyət “Böyük Ermənistan” xülyasında olanlara bir şans kimi görünür və onlar müxtəlif güclərlə sövdələşməyə gedirlər. Bu proseslərin nəticəsi erməni-daşnak qruplarının planlaşdırdığı kimi tam şəkildə baş tutmasa da, 1918-ci ildə 11 396 kv/km ərazidə qurduqları dövlətin hüdudlarını Azərbaycan torpaqları hesabına XX-ci əsrin sonuna 29 743 kv/km-ə çatdıra bilirlər”.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri