10 
Apr
2024
00:48
108
11
699
Virtual karabakh

Politoloq: “İndi Paşinyana hər şeydə Moskva deyil, Qərb rəhbərlik edir”

10 Apr, 2024
00:48
699

Politoloq: “İndi Paşinyana hər şeydə Moskva deyil, Qərb rəhbərlik edir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrəvan addım-addım Bakı ilə münasibətlərin həllindəki Moskvanın iştirakından qurtulmağa, Kremli Brüssel və Vaşinqtonla əvəzləməyə çalışır.

Bunu NEWS.ru-ya açıqlamasında politoloq Dmitri Solonnikov deyib.

O, Ermənistan rəhbərliyinin Cənubi Qafqazda qonşuları ilə münasibətlərini Almaniya rəhbərliyi ilə müzakirə etmək qərarını belə şərh edib.

“İrəvan Moskva ilə həm siyasi, həm də iqtisadi münasibətləri tədricən bitirir. Ona görə də, Ermənistan lideri Nikol Paşinyan indi bütün hazırkı gündəmini Qərb liderləri ilə müzakirə edir. Azərbaycanla sülhün əldə edilməsi aktual məsələdir, ona görə də Paşinyan Berlindən olan həmkarı ilə söhbətində bunu qaldırıb”, - Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov izah edib.

Ekspert xatırladıb ki, Ermənistan və Almaniya hökumət başçıları Nikol Paşinyan və Olaf Şolts arasında söhbət Ermənistanın baş naziri Brüsseldən qayıtdıqdan bir neçə gün sonra baş tutub.

“İndi Paşinyana hər şeydə Moskva deyil, Qərb rəhbərlik edir. Beləliklə, kansler Şolts ilə söhbət mahiyyətcə yeni bir şey gətirməyib. Əgər Paşinyanın yaxın gələcəkdə Avropa İttifaqı ilə daha çox təmasları olarsa, o zaman onların da eyni gündəliyi olacaq”, - Solonnikov əmindir.

Politoloqun fikrincə, Qərb indi Bakının İrəvanın yolu ilə getməsini təmin edərək Azərbaycana təzyiqləri artırmağa çalışacaq.

“Qərb dövlətləri regionda əsas oyunçuya çevrilmək üçün Cənubi Qafqazın bütün ölkələrinə təzyiq göstərmək niyyətindədir. Onlar təkid edəcəklər ki, Azərbaycan bundan sonra qonşuları ilə mübahisələri əvvəllər olduğu kimi Rusiya deyil, yalnız Qərb diplomatik platformasında həll etməyə razı olsun. Amma Qərbin bu cür davranışı, əksinə, Bakı ilə İrəvan arasında danışıqlar prosesinin ləngiməsinə gətirib çıxara bilər, çünki Azərbaycan bundan imtina edə bilər”, - Solonnikov hesab edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri