10 
Apr
2024
19:00
127
45
993
Virtual karabakh

Mikayıl Cabbarov Slovakiya rəsmiləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə edib - YENİLƏNİB + FOTO

10 Apr, 2024
19:00
993

Mikayıl Cabbarov Slovakiya rəsmiləri ilə iki ölkə arasındakı əlaqələri müzakirə edib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyaya işgüzar səfər edib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Slovakiyanın Baş naziri Robert Fitso iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib, həmçinin, Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova, Slovakiya Milli Şurasının sədr müavini, sədrin vəzifələrini icra edən Peter Jiqa ilə görüşlər keçirilib.

Slovakiya rəsmiləri ilə aparılan müzakirələrdə iki ölkə arasında əlaqələrin mühüm istiqamətlər üzrə genişləndiyi vurğulanıb. Qeyd olunub ki, qarşılıqlı səfərlər, keçirilən tədbir və görüşlər, aparılan müzakirələr Azərbaycan-Slovakiya əməkdaşlığının möhkəmləndirilməsində önəm kəsb edir. Slovakiya ilə ticarət, enerji, investisiya, sənaye, Ələt Azad İqtisadi Zonası, humanitar və digər istiqamətlər üzrə səmərəli işbirliyi üçün geniş imkanlar diqqətə çatdırılıb. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi üçün təşəbbüslərin, o cümlədən, qarşılıqlı ticarət dövriyyəsinin artırılması məqsədilə ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsinin önəmi qeyd olunub. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal enerji layihələri tərəfdaş ölkələrin enerji təminatına töhfə verir və bu kontekstdə enerji əməkdaşlığı Slovakiya ilə münasibətlərdə prioritetlərdəndir.

Görüşlərdə ölkəmizin əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan fürsətlər, birgə layihələrin reallaşdırılması potensialı haqqında məlumat verilib.

Tərəflər enerji, ticarət və investisiya əməkdaşlığının təşviqi və birgə layihələrin reallaşdırılması, sənaye, kənd təsərrüfatı, turizm, innovasiyalar sahələrində təşəbbüslərin dəstəklənməsi, “yaşıl” enerjiyə keçid istiqamətində birgə fəaliyyət, həmçinin, Slovakiyanın ölkəmizin iştirakçısı olduğu enerji layihələrinə qoşulması imkanlarını nəzərdən keçiriblər.

17:48

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyaya səfəri zamanı həmin ölkənin baş nazirinin müavini ilə görüşüb.

Bu barədə nazir “X” sosial hesabında paylaşım edib.

“Slovakiyaya səfərimiz çərçivəsində bu ölkənin baş nazirinin müavini, iqtisadiyyat naziri xanım Denisa Sakova ilə ikitərəfli biznes tərəfdaşlığının gündəliyini müzakirə etdik:

- Ticarət dövriyyəsinin artırılması;

- Qarşılıqlı investisiyaların təşviqi;

- Energetika, aqrar sektor, turizm, sənaye və innovasiyalar sahələrində təşəbbüslərin dəstəklənməsi”, - deyə nazir qeyd edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri