10 
Apr
2024
20:30
136
62
847
Virtual karabakh

İsrailin COP29 üzrə milli koordinatoru Azərbaycandadır - FOTO

10 Apr, 2024
20:30
847

İsrailin COP29 üzrə milli koordinatoru Azərbaycandadır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin COP29 üzrə milli koordinatoru Karmela Şamir Azərbaycana səfər edib.

Bununla bağlı İsrailin Azərbaycandakı səfiri Corc Dik “X”də sosial şəbəkə hesabında yazıb.

“İsrailin COP29-da iştirakı üzrə milli koordinatoru Karmela Şamirin Bakıya səfərini başa çatdırmaqdan şadam! Enerjili görüşlər, uğurlu və yaddaqalan hadisə üçün zəmin hazırlığı. Biz İsrailin COP29-da yaxından iştirakını gözləyirik!”, - diplomat qeyd edib.

Qeyd edək ki, aprelin 4-də İsrail Xarici İşlər Nazirliyi COP28-in təsirləri və noyabrda Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı qurumlararası konfrans təşkil edib. Konfrans nazirliklərin, biznes sektorunun, elmi dairələrin və yüksək vəzifəli şəxslərinin iştirakı ilə keçirilib. Konfrans çərçivəsində Karmela Şamir İsrailin COP29-da iştirakı üzrə yeni təyin edilən milli koordinator olduğu açıqlanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri