11 
Apr
2024
01:00
93
18
898
Virtual karabakh

Lavrovun müavini və Türkiyə səfiri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

11 Apr, 2024
01:00
898

Lavrovun müavini və Türkiyə səfiri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç Qərbin Cənubi Qafqazda sabitliyi pozmaq cəhdlərini tənqidi qiymətləndiriblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair bəyanatında deyilir.

“Bir sıra aktual məsələlər, ilk növbədə, Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələr aparılıb. Tərəflər kollektiv Qərbin öz fürsətçi maraqlarını önə çəkərək regiona gərginlik gətirmək və sabitliyi pozmaq cəhdlərini tənqidi qiymətləndiriblər”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, tərəflər həmçinin Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinin əsas amili kimi “3+3” məsləhətçi regional platforması (Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan) çərçivəsində ritmik işin davam etdirilməsində qarşılıqlı maraqlı olduqlarını bildiriblər. Qeyd olunub ki, formatın qapıları Gürcüstan üçün hələ də açıqdır.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri