30 
Apr
2018
11:42
107
19
4004
Virtual karabakh

AZAL Bakı-Tivat reyslərinə aviabiletləri satışa çıxarır

30 Apr, 2018
11:42
4004

AZAL Bakı-Tivat reyslərinə aviabiletləri satışa çıxarır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən etibarən Azərbaycanın milli aviadaşıyıcısının (www.azal.az) saytında Monteneqronun məşhur kurortu Tivata həyata keçirilən reyslərə aviabilet əldə etmək olar.

Oxu.Az xəbər verir ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən “Pasha Travel” şirkəti ilə çarter proqramı çərçivəsində həyata keçirilən birbaşa aviareyslər yay uçuş qrafiki üzrə iyulun 5-dən sentyabrın 15-dək həyata keçiriləcək.

Reyslər komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək. 

Tivat — Monteneqronun Vrmas yarımadasında Kotor körfəzinin sahilində yerləşən müasir kurort şəhəridir. Mülayim iqlimi, gözəl çimərlikləri və rahat yerləşməsi hər il buraya çoxlu turist cəlb edir.

Tivatda infrastruktur yaxşı inkişaf edib, yerli limanın saysız-hesabsız balıq restoranları və kafeləri bütün dünyadan qurmanların zövqüncə olacaq. Şəhər parkı nadir bitkilərlə zəngindir. 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri vasitəsilə AZAL-ın çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz: (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)
E-mail: [email protected] 

Həmçinin “Pasha Travel” turizm agentliyinə müraciət edə bilərsiniz:  
(+99412) 404 10 90
E-mail: [email protected] 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri