May
2018
14:38
106
19
2754
Virtual karabakh

AXC-nin 100 illiyi münasibətilə “Bakcell”dən ikiqat internet

3 May, 2018
14:38
2754

AXC-nin 100 illiyi münasibətilə “Bakcell”dən ikiqat internet

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

May ayı ərzində internet paketi alan abunəçilər əlavə pul ödəmədən ikiqat internet trafiki əldə edəcəklər.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti dövlət səviyyəsində qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə öz abunəçiləri üçün inanılmaz hədiyyə kampaniyası elan edib. 

Ən böyük milli şirkətlərdən biri olan “Bakcell” Azərbaycan vətəndaşlarına, ölkənin tarixi və adət-ənənələrinə yüksək dəyər verən və eyni zamanda, müasir mobil rabitə istifadəçilərinin ehtiyac və tələblərini anlayan innovativ telekommunikasiya operatoru kimi, sərfəli qiymətə yüksək keyfiyyətli həllər təklif edir.  

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək məqsədilə “Bakcell” özünün CİN və Klass abunəçilərinə 1-31 may 2018-ci il tarixlərində davam edəcək kampaniya çərçivəsində əlavə pul ödəmədən 100% daha çox internet təklif edir. 

Beləliklə, xüsusi kampaniyanın şərtlərinə əsasən, may ayı ərzində 1 GB və daha böyük həcmli internet paketini əldə edən hər bir  abunəçi  istifadə müddəti bir ay olan iki qat internet trafiki əldə edəcək. Bu misilsiz kampaniya sayəsində “Bakcell” abunəçiləri 20 GB-dək pulsuz interneti hədiyyə şəklində ala biləcəklər. 

Bu təklifdən yararlanmaq üçün abunəçilər kampaniyada iştirak edən internet paketlərindən (1 GB, 1.5 GB, 3 GB, 5 GB, 10 GB və ya 20 GB) birini əldə etməlidir. 

Qeyd edək ki, bütün internet paketləri istifadə müddətləri bitəndən sonra balansda kifayət qədər vəsait olarsa, avtomatik olaraq yenilənir. İnternet paketlərdə təqdim edilən trafik bitəndən sonra “yüksək sürət” xidməti aktivləşir. 

Kampaniya barədə daha ətraflı məlumatla https://www.bakcell.com/az/double_internet_as_a_100th_anniversary_treat səhifəsində tanış ola bilərsiniz. 

Abunəçilərin mobil data xidmətlərinə artan tələbatını qarşılamaq üçün “Bakcell” müasir smartfon istifadəçiləri üçün innovativ və sərfəli həllər təklif edir. Yüksək keyfiyyətli 4G şəbəkəsinə yatırılmış investisiyalar sayəsində, “Bakcell” abunəçiləri ən geniş əhatə dairəsi olan LTE texnologiyasından və ölkədə ən yaxşı mobil şəbəkənin bütün üstünlüklərindən istifadə etmək imkanına malikdirlər.

“Bakcell” şirkətinin tətbiq etdiyi ən müasir “LTE Advanced” texnologiyası sayəsində operatorun abunəçiləri saniyədə 225 meqabitə çatan sürətin imkanlarından yararlanırlar. 

“Bakcell” şirkəti innovativ və son texnologiyalar əsasında yaradılmış xidmətlər, sərfəli kampaniyalar, yüksək keyfiyyət və geniş şəbəkə əhatə dairəsi ilə öz müştərilərini sevindirməyə davam edəcək. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri