May
2018
10:58
15
60
1892
Virtual karabakh

Azərbaycanın ən yaxşı videolayihəsi müəyyən ediləcək - FOTO

4 May, 2018
10:58
1892

Azərbaycanın ən yaxşı videolayihəsi müəyyən ediləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“NETTY2018” Milli Internet Mükafatı çərçivəsində ən yaxşı videolayihələr müəyyənləşdiriləcək.

“NETTY2018” Milli Internet Mükafatı davam edir. Son günlərdə müsabiqənin təşkilat komitəsi yeni, əlavə “Ən yaxşı Azərbaycan onlayn videolayihəsi” nominasiyanın yaradılması barədə məlumat yayıb. 

Videoiştirakçıların lonq-listi internet istifadəçilərinin tövsiyələrinə əsasən tərtib edilib. Bu siyahı ilə www.netty.az/bestonlinevideo ünvanında tanış olmaq olar. Həmin səhifədə 4 may tarixindən başlayaraq, internetin hər bir istifadəçisi, sadəcə, “Like” düyməsini tıklamaqla öz sevimli layihələrinə səs verə bilər.

Vacibdir: bir neçə favoritlərinizə səs vermək mümkün olacaq. Səsvermə 22 maydək davam edəcək.

“Like”ları ən çox toplayan üç layihə mükafatın nominantları olacaqlar. Təşkilat komitəsi və “NETTY” akademiyası mükafatlandırmanın final mərasimində üç nominant içərisindən qalibi elan edəcəklər.

Eyni zamanda, “NETTY”nin digər kateqoriyaları üzrə ərizələrin qəbulu davam edir. Portallar, saytlar, “Facebook” səhifələr, mobil proqramlar, İT layihələr müsabiqənin əsas nominasiyaları çərçivəsində qeydiyyatdan keçir: “İdman”, “Cəmiyyət”, “Kommersiya saytı”, “Təhsil və elm”, “Mədəniyyət və incəsənət”, “Dövlət saytı”, “Azərbaycan” və s.

Ərizələrin qəbulu, virtual münsiflər heyətinin qeydiyyatı və ekspert şurasının formalaşması 15 may 2018-ci il tarixədək www.netty.az saytında davam edəcək.

Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

Mükafatın baş partnyoru - “NAR”.

Qızıl partnyor - “Azintelecom” şirkətinin Data Mərkəzidir.

Şirkət-distribüter “Mi Mobile” şirkəti, “Carlsberg Azerbaijan” şirkəti, “BakuTel” sərgisi, “SmartHost” şirkəti, operator “KATV1”, “Golden Pay” şirkəti, “DEJURE” layihəsi, 
Renley.az” veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər.

Layihənin informasiya partnyorları: “Infocity” jurnalı, “CBC” telekanalı, “Sputnik.az”, “Oxu.az”, “Media.az”, “Salamnews.org”,  “DeJure.az” saytları.

“NETTY” Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır.

“NETTY” mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxarır. 

Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə [email protected] ünvanına müraciət edə bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri