21 
Sen
2018
10:30
17
35
5268
Virtual karabakh

“İmpressionizm” üslubunda rəssam – “Samsung” Qled TV

21 Sen, 2018
10:30
5268

“İmpressionizm” üslubunda rəssam – “Samsung” Qled TV

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmpressionizm incəsənətdə zərif cərəyanlardan biri sayılır. Bu cərəyanın rəssamları rəsmləri kiçik yaxmalar köməyi və təzadlı çalarlarla işləyərək, xırda nöqtələr vasitəsilə bütöv bir görüntü yaradırdılar. Bu cərəyanın ən yaddaqalan təmsilçisi Klod Mone təsvirlərini canlı və həyatda olduğu kimi canlandırmağa çalışırdı. Həqiqətən, real olan bu sənət əsərlərinin yaradılmasından iki əsr ötməsinə baxmayaraq, hələ də milyonlarla dollarla qiymətləndirilirlər.

Yeni “Samsung” Qled televizorları impressionistlər kimi təsviri “kvant nöqtələri” adlanan milyonlarla kiçik zərrəciklərlə ifadə edir. Quantum Dot texnologiyası işığı əks etdirərək müxtəlif rəng çalarları ilə bərq vuran və beləliklə işığı rəngə çevirən xüsusi nano-zərrəcik qatıdır.

İmpressionist rəssamların rəsmlərində əks olunmuş çəhrayı bağ da işıq altında canlanaraq sanki hərəkətə gəlirdi. Bunun üçün impressionistlər rəngləri qarışdırmır, onları yalnız yanbayan əks etdirirdilər. Belə ki, biri birinə yaxın istifadə olunan xırda qırmızı və göy rəng yaxmaları bütövlükdə “çəhrayı” rəng təəssüratı yaradırdı.

Öz növbəsində, yeni Samsung Qled televizorları isə kvant nöqtələrinin işığını və RGB rəng fəzasını özündə birləşdirərək maksimal rəng həcminin ifadə edilməsini təmin edirlər. Burada üç rəngin qarışığından milyard rəng çaları yaranır. Nəticədə nəinki işıqlı, həm də qaranlıq tonlar daha aydın ifadə olunur ki, bunun sayəsində rənglər dolğunlaşır, təsvir isə daha realistik təəssürat bağışlayır.

Təsvirin bütün özəlliklərinin aydın ifadə edilməsi üçün xüsusi işıqlandırma tələb edən rəsmlərdən fərqli olaraq, Qled televizorları ilə siz daha işıqlandırılma şəraitindən asılı olmayacaqsınız. Bu, xüsusi kontrast texnologiyası sayəsində mümkün olur.

Belə ki, HDR 10+ texnologiyalı Samsung Qled televizorları təkmilləşdirilmiş parlaqlıq və təzadlıq sayəsində sizə təsvirin bütün detallarını seyr etməyə imkan yaradır. Geniş təzadlıq diapazonu daha dolğun qara rəng çalarlarını ifadə etməyə imkan yaradaraq təsvirin hər bir detalını vurğulayır. İndi işıqlandırılma şəraitindən asılı olmayaraq siz seyrdən zövq alacaqsınız.

Samsung Qled ilə məşhur rəssamların rəsmlərində canlanmış təsvirlər qədər canlı və realistik görüntüdən evinizdə zövq alın. 

Samsung Qled TV televizorları haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri