24 
Yan
2019
14:09
25
92
4947
Virtual karabakh

“CinemaPlus”da “Taksi Liza” filminin təqdimatı baş tutdu - FOTO/VİDEO

24 Yan, 2019
14:09
4947

“CinemaPlus”da “Taksi Liza” filminin təqdimatı baş tutdu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında komediya janrında olan “Taksi Liza” filminin təqdimatı keçirildi.

Kinoteatr filmin məzmununa uyğun olaraq orijinal dekorasiya ilə bəzədilmişdir. Həmçinin musiqi, furşet və içkilər var idi.    

Həmin gecənin qonaqları aktyorlat, rejissorlar, prodüsserlar və media nümayəndələri olmuşdurlar.

Filmin prodüseri Vüqar Əliyev, rejissorlar Pərviz HəsənovCabir Hacıyev, quruluşçu rejissor Rövşən Ağayev, rejissor asistenti Sevda Əzizova, quruluşçu operator Həsən Aslanov, ssenari müəllifləri Nicat DadaşovElçin Muradov, rəssam Tural Məmmədov, quruluşçu rəssam Arif Niftiyev, geyim üzrə rəssam Aynur Bəhrəmova, qrim üzrə rəssam Eldar İsrafilov, səs rejissoru Sergey Nutrinenko, səs operatoru Emin Mahmudov, icraçı produsserlər Əlibala RəhimovHüseyn Quliyev.

Filmdə Fərda Amin, Zemfira Əbdülsəmədova, Cəfər Namiq Kamal, Faiq Mirzəyev, Xəyalə Quliyeva və digərləri rol alıblar.

Qısaca məlumat: Dursun taksi sürücüsüdür – görünüşü müasir, özü isə elə alışdığımız. Düz yeddi dəfə sevdiyi qıza elçi getsə də, qızın atası İftixar bəy qızını taksi sürücüsünə vermir. Həmin ərəfədə İftixar bəy Bakıya gətizdirdiyi məşhur “Mona Liza” əsərini sərgidə nümayiş etdirməyi planlayır. Amma şəkil naməlum şəxslər tərəfindən oğurlanır.

Film yanvarın 24-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Qeyd edək ki, tədbirin təşkilinə “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution, kafe “Kolorit”, “Yol Nişan”, Red Bull və Ganja Sharab dəstək olublar.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri