Apr
2019
15:25
89
71
7797
Virtual karabakh

Köhnə telefonunu gətir, yenisini qazan

3 Apr, 2019
15:25
7797

Köhnə telefonunu gətir, yenisini qazan

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Köhnə telefonunu gətir, “Azercell”-dən yeni 4G Nokia smartfonu və 150 AZN-dək hədiyyə qazan!

Müştərilərinin istəklərini hər zaman diqqət mərkəzində saxlayan “Azercell” abunəçilərini yeni kampaniya ilə sevindirir. Azərbaycana 4G xidmətini ilk dəfə gətirən “Azercell Telekom”, bu dəfə abunəçilərinin istifadəsinə yeni “Nokia” - 4G smartfon kampaniyasını təqdim edir. 

Belə ki, yalnız aprel ayının 3-dən 30-dək “Azercell” bütün “Sim-Sim” abunəçiləri üçün köhnə mobil telefonlarını “Azercell” dükanlarına təhvil verib, yeni “Nokia 1”, “Nokia 2.1”, “Nokia 3.1”, “Nokia 3.1 Plus”, “Nokia 5.1”, “Nokia 5.1 Plus”, “Nokia 6.1” və ya “Nokia 7.1” telefon modellərindən birini 25%-dək endirimlə əldə etmə fürsəti təklif edir. Əlavə olaraq ödənilən məbləğin 150 manatadək dəyəri hədiyyə qismində 6 ay ərzində hissə-hissə nömrənin balansına geri qaytarılır.

“Azercell”in 4G sürətini yeni “4G Nokia” smartfonunda hiss et!

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/cashback/ səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom MMC” 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan “Azercell”-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”-in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 

2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri