16 
Okt
2019
17:10
148
48
5576
Virtual karabakh

“Buta Airways” Bəhreynə birbaşa reys açır

16 Okt, 2019
17:10
5576

“Buta Airways” Bəhreynə birbaşa reys açır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” Yaxın Şərqə daha bir istiqamət açır.

30 oktyabr 2019-cu il - 28 mart 2020-ci ilin qış cədvəli çərçivəsində aviaşirkət həftədə iki dəfə - çərşənbə və şənbə günləri olmaqla, Bəhreynə birbaşa uçuşlar həyata keçirəcək.

Yeni reyslər Azərbaycana əlavə turist axınına şərait yaradacaq. Eyni zamanda, Bəhreyn özü də qədim abidələri, rəngarəng təbiəti və əla dalğıclıq imkanları ilə səyahətçiləri cəlb edir.

Həmçinin, Bəhreynin paytaxtı Manama hər il keçirilən “Formula-1” Qran-Pri yarışına ev sahibliyi edir.

Qeyd edək ki, daha əvvəl loukoster Səudiyyə Ərəbistanının Ər-Riyad və Dammam şəhərlərinə birbaşa reyslər açıb.

Yeni istiqamətin açılması İran Körfəzi ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradacaq və iki ölkə arasında işgüzar əlaqələri gücləndirəcək. Yaxın gələcəkdə “Buta Airways” aşağı büdcəli aviaşirkəti Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır.

Aviabiletləri aviaşirkətin rəsmi internet saytından, həmçinin, aviaşirkətin satış ofislərindən əldə etmək mümkündür.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa iki saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

facebook.com/ButaAirways

instagram.com/ButaAirways

twitter.com/ButaAirways

t.me/Buta_Airways

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri