Apr
2020
12:28
96
61
7693
Virtual karabakh

“Kontakt Home”dan unikal xidmət – AZƏRBAYCANDA İLK DƏFƏ

2 Apr, 2020
12:28
7693

“Kontakt Home”dan unikal xidmət – AZƏRBAYCANDA İLK DƏFƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kontakt Home” Azərbaycanda ilk dəfə olaraq mağazalardan onlayn video-konsultasiya xidmətini istifadəyə verib. Respublikada tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq, ticarət obyektlərində yerində xidmətin ləğv olunmasından sonra müştəri məmnuniyyətini təmin etmək və operativ xidmət göstərmək üçün şəbəkə belə bir xidməti təqdim etmək qərarına gəlib.

Onlayn video-konsultasiya xidməti belə işləyir:

Müştəri adını, soyadını, aktiv nömrəsini, maraqlandığı məhsul və ya kateqoriyanı “Kontakt Home”un sosial şəbəkə hesablarına yazaraq və ya “*6060” Çağrı Mərkəzinə zəng edərək bildirir. Çox qısa zaman ərzində satış təmsilçiləri elə mağazadan “WhatsApp” vasitəsilə müştəriyə videozəng edərək, onun maraqlandığı məhsulların detallarını nümayiş etdirir, xarakteristikasını və istifadə qaydasını izah edir, müştərinin suallarını cavablandırır.

Daha sonra müştəri bəyəndiyi məhsulu sifariş edə bilər. Sifariş gün ərzində pulsuz və tam təhlükəsiz şəkildə onun ünvanına çatdırılacaq. Videozəng zamanı müştərilər rahatlıqları üçün öz görüntülərini bağlaya bilərlər.

Qeyd edək ki, müştərilər sevdikləri məhsulları həm də 7/24 fəaliyyət göstərən www.kontakt.az saytından bir kliklə sifariş verə bilərlər. Sifariş GÜN ƏRZİNDƏ, PULSUZ və TƏHLÜKƏSİZ qaydada istənilən ünvana çatdırılacaq. Çatdırılma Bakı, Sumqayıt, Xırdalan, Abşeron, Gəncə, Masallı və Qəbələ şəhərləri daxilində həyata keçirilir. Məhsulları istər nağd, istər taksit, istərsə də 24 ayadək faizsiz kredit şərtləri ilə sifariş etmək mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri