Avq
2020
11:00
97
29
4309
Virtual karabakh

“AliExpress”dən alış-veriş edənlərə ŞAD XƏBƏR - “Colibri” ilə çatdırılma bərpa olundu

6 Avq, 2020
11:00
4309

“AliExpress”dən alış-veriş edənlərə ŞAD XƏBƏR - “Colibri” ilə çatdırılma bərpa olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müasir dövrdə elə bir məhsul yoxdur ki, onu axtarıb tapmaq mümkün olmasın. Ölkə daxilində olmasa belə, beynəlxalq ticarət platformalarından istənilən məhsulu onlayn sifariş vermək mümkündür. Hər ay yüzlərlə şəxs müxtəlif ölkələrdən geyim, kosmetika və elektronika əşyaları sifariş edir. Sevdiyiniz məhsulları xarici ölkələrdən sifariş etməklə büdcənizə xeyli qənaət etmiş olursunuz.

Pandemiya dövrü ilə əlaqədar dörd-beş aydır xarici ölkələrdən onlayn sifarişlərin, xüsusilə də “AliExpress” üzərindən məhsulların ölkəmizə çatdırılması tamamilə dayandırılmışdı. Amma onlayn alış-veriş edənlər heç də məyus olmasın. “Colibri” ekspress şirkəti pandemiya dövründə də sizin “AliExpress” üzərindən etdiyiniz sifarişlərin ünvana çatdırılmasını bərpa edir. 

Bir neçə aydır Azərbaycanda “AliExpress” üzərindən alış-veriş edə bilməyənlər üçün şad xəbər! İndi “Colibri” ekspress vasitəsilə siz əvvəlki qaydada “AliExpress” üzərindən istədiyiniz məhsulu sifariş edə bilərsiniz. Bağlamalar bir gün ərzində anbara daxil olur. Daxil olduğu andan müştəriyə çatdırılana qədər aparılan bütün proseslərə tam zəmanət verilir. “Colibri” şirkəti sifarişçilərin yüklərini bir həftə ərzində təhlükəsiz şəkildə ünvana təhvil verir.

Şirkətin dünyanın beş ölkəsində - Amerika, Almaniya, Türkiyə, İngiltərə, Dubayda anbarları mövcuddur. Artıq bu gündən Çinin Honkonq şəhərində açılan növbəti, sayca altıncı anbarı da fəaliyyətə başlayır. Azərbaycana çatdırılma xidməti göstərən 30-a yaxın şirkət arasında yalnız “Colibri” ekspress şirkətinin Honkonq şəhərində anbarı mövcuddur.

Xatırldaq ki, “Colibri” ekspress şirkəti 2018-ci ildən Azərbaycan bazarında fəaliyyət göstərir. Ölkəmizdə 30-a yaxın rəqibi olan şirkət müştərilərə təklif etdiyi yüksək keyfiyyət və təhlükəsiz xidmətləri ilə digərlərindən seçilir. “Colibri” ekspress pandemiya dövründə də müştərilərinə dünyanın altı müxtəlif ölkəsindən onlayn sifarişləri əlçatan və daha sərfəli edir.

Onu da qeyd edək ki, “Colibri” ekspress nəinki beynəlxalq ticarət platformaları üzərindən sifarişlərin, eləcə də şəxsi əşyaların ünvana çatdırılmasını həyata keçirir. Dünyadan evinizə alış-veriş artıq daha asan. Siz alın, “Colibri” çatdırsın. Şirkətin imkanlarından yararlanmaq üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri