Sen
2020
11:00
88
20
3685
Virtual karabakh

“İmagro” şirkəti Azərbaycanın aqrar sektoruna dünyanın ən innovativ texnikalarını təklif edir - FOTO/VİDEO

2 Sen, 2020
11:00
3685

“İmagro” şirkəti Azərbaycanın aqrar sektoruna dünyanın ən innovativ texnikalarını təklif edir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda aqrar sektor ölkə iqtisadiyyatının prioritet sahələrindən birini təşkil etməkdədir.

Həyata keçirilən iqtisadi siyasət kənd təsərrüfatının innovasiya əsaslı inkişafını tələb edir. 

Azərbaycan iqtisadiyyatında aktiv rol oynayan “İmprotex” şirkətlər qrupu özünün “İmagro” törəmə şirkəti vasitəsilə Azərbaycan aqrar sektoruna dünyanın ən innovativ texnikalarını təklif edir. Xüsusi olaraq, aqrar sahədə aparıcı brend hesab olunan ABŞ-ın “Massey Ferguson” kombaynları ölkəmizin fermerlərinə bir sıra üstünlüklər verməkdədir.

Sahədə biçin zamanı hər dəqiqənin dəyərli olduğunu nəzərə alsaq, o zaman “MF Beta” kombaynlarının praktik, texnoloji və funksionallığının xüsusi əhəmiyyəti önə çıxır. Bu kombaynlar 9 tonluq bunkerə malikdir ki, bu da biçin müddətini daha da optimallaşdırmağa şərait yaradır.

Aparılmış araşdırmalar sübut edib ki, eyni tarlada, eyni şəraitdə “Massey Ferguson MF Beta” kombaynları öz rəqiblərindən daha məhsuldardır. Başqa sözlə desək, düzgün istismarla gün ərzində kombaynlarla 65 hektar biçin aparmaq mümkündür.

“MF Beta” kombaynının üstünlükləri bununla bitmir. Bu maşınlar yükləmə göstəricilərinə görə rəqiblərindən 32 faiz daha sürətlidir. 

Massey Ferguson 8737 traktorları AGCO Power mühərrikləri ilə təchiz edilib. Adı çəkilən mühərriklər aqrar texnikalar içərisində öz uzunömürlülüyü, gücü və az yanacaq sərfiyyatı ilə məşhurdur.

“İmagro” şirkəti, eyni zamanda, fermerlərə Almaniyanın “MAN agro” yük maşınlarını təklif edir.

Bu yük maşınları xüsusi təkər və şassi sistemi ilə təchiz edildiklərindən torpağı zədələmirlər. Bu isə bərəkət rəmzi hesab edilən torpağın daha uzun müddət məhsuldar qalmasını təmin edir.

Şirkət, eyni zamanda müxtəlif parametrli traktorlar təklif edir. “Massey Ferguson” traktorları uzun illərin sınaqlarından sonra təcrübəli konstruktorlar tərəfindən ən yüksək standartlara uyğun təkmilləşdirilib.

“İmagro” şirkətinin peşəkar komandası tərəfindən dünya aqrar texnika bazarı davamlı şəkildə analiz edilir və ölkəmiz üçün effektiv ola biləcək texnikalar təqdim olunur.

Qeyd edək ki, bu texnikaları 40 faiz dövlət subsidiyası ilə əldə etmək mümkündür. 

www.imagro.az

Ünvan: Bakı-Salyan şossesi 15 km.

Əlaqə nömrəsi:

012 448 02 00

050 270 03 37

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri