Fev
2021
18:00
42
197
11116
Virtual karabakh

Bəs siz “Samsung Galaxy S21” məhsul xəttindən yeni smartfon sifariş etdinizmi? - FOTO

4 Fev, 2021
18:00
11116

Bəs siz “Samsung Galaxy S21” məhsul xəttindən yeni smartfon sifariş etdinizmi? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Samsung”, bu il ilk dəfə olaraq yeni flaqman seriyasını bu qədər erkən, yəni Yeni il tətilindən dərhal sonra təqdim edib. Lakin, smartfonlar yalnız təqdimat tarixi ilə deyil, həm də yaddaqalan dizaynı, peşəkar kamerası və “Samsung Exynos” tarixinin ən məhsuldar prosessoru ilə fərqləndilər. Özünüzü sərbəst ifadə edə bilməniz üçün, qabaqcıl cihazlardan ibarət olan “Galaxy S21” məhsul xətti, müasir həyat tərzini nəzərə alaraq dizayn edilib, innovativ yeniliklərlə təchiz olunub. Beləliklə, smartfonların korpusunun yan hissəsindən səliqəli şəkildə kamera modulunu bütövlüklə əhatə edən incə alüminium zolaq istifadə edilib. “Contour Cut” adlanan kamera modullarının bu dizayn kəsiyi, cızıqlara və digər mexaniki zədələrə də qarşı olduqca davamlıdır.

“Dəbli” çərçivə sayəsində seriyaya daxil olan smartfonlar digər cihazlardan dərhal fərqlənir, özünəməxsus iki rəngli korpus isə çox gözəl görünür. Gücləndirilmiş “Gorilla Glass Victus” şüşəsi ilə təchiz olunmuş korpusun, tutqun səthli gövdəsi isə smartfonlara xüsusi zəriflik verir.

Yeni məhsul xətti istənilən istifadəçinin zövqünü oxşamaq üçün yaradılıb. Belə ki, “Galaxy S21”, nisbətən kiçik, lakin güclü işləmə qabiliyyətinə sahib olan bir smartfona ehtiyacı olanlar üçün ərsəyə gətirilib. Sözü gedən bu smartfonda 6,2 ekran, üçlü əsas kamera modulu ilə birləşərək, alıcılara tam yeni istifadə təcrübəsi bəxş edir. Sözü gedən kamera modulu, biri ultra geniş digər isə geniş bucaqlı olmaqla iki 12 MP kamera ilə təchiz olunub. Qeyd edilən iki kamera ilə yanaşı burada həm də üç qat optik “zoom”a malik 64 MP-lik telefoto obyektivi də təqdim olunub.

Bununla yanaşı, obyektivin maksimal rəqəmsal “zoom”u 30x-ə çataraq, uzaqdan çəkiliş zamanı belə inanılmaz nəticələr əldə etməyə imkan yaradır.

Məhsul xətti çərçivəsində, “Galaxy S21”dən əlavə, daha böyük 6.7 ekrana və artırılmış batareya həcminə sahib olan “Galaxy S21 +” də yer alır. Daha maraqlı içliyə malik olan smartfonlara üstünlük verənlər üçün isə “Galaxy S21 Ultra” təqdim edilir.

Belə ki, “Galaxy S21 Ultra” 6.8 düymlük “Dynamic AMOLED” 2X ekranla təchiz edilib. Bundan əlavə, “Samsung”un təqdim etdiyi bu “ağıllı ekran” özündə 120Hz yenilənmə tezliyini və “Quad HD +” icazəsini birləşdirir. Həmçinin, smartfon daha yüksək məhsuldarlıq və sərhədsiz yaradıcılığı təmin edən əlavə bir xüsusiyyəti ilə fərqlənir, belə ki, “S21 Ultra”, “Galaxy S” seriyasının “S Pen”i dəstəkləyən ilk smartfonudur.

Qeyd etmək lazımdır ki, flaqman həm də peşəkar səviyyəli kamera sisteminə də sahibdir. Belə ki, təkmilləşdirilmiş 100x “Space Zoom” ilə təchiz edilmiş yeni 108MP professional sensoru olan dördlü əsas kamera (ultra geniş bucaq, geniş bucaq və ikili telefoto), 64 dəfə daha dolğun, üç qat daha geniş dinamik aralığa malik 12 bitlik HDR fotolar çəkməyə imkan yaradır. İlk dəfədir ki, “Galaxy” smartfonu, ön və arxa kameralar daxil olmaqla, bütün obyektivlərlə saniyədə 60 kadr sürətinə malik 4K çəkilişləri dəstəkləyir. Əlavə olaraq selfi kamerasının köməyi ilə saniyədə 24 kadr sürətinə malik 8K keyfiyyətli video çəkilişlərdə aparmaq mümkündür. Əlavə olaraq kameralar bir çox yeni və təkmilləşdirilmiş köhnə funksiyalarla da təchiz edilib. Sözü gedən bu funksiyalar artıq, tanınmış nəşrlər tərəfindən də qeyd edilib. Buna misal olaraq, məşhur internet-nəşri olan “Tomsguide”, “Single Take” funksiyası adlanan, cihazların eyni anda bir neçə kadr və qısa video qeydə alaraq, istifadəçiyə bu materiallar arasında seçim azadlığını təklif etməsi qabiliyyətini yüksək qiymətləndirib. Nəşr həmçinin, smartfonun digər foto / video çəkiliş imkanlarını da qeyd etdib:

• “Director’s View” – bu rejimdə həm ön, həm də arxa kameralar videonu eyni anda qeydə alır.

• “Bright Night” – bu funksiyanın köməyi ilə isə süni zəka bütün kameralardan çəkilmiş fotoları toplayaraq, kadrda yayılmaları aradan qaldıraraq hətta zəif işıqlandırılma şəraitində belə yüksək keyfiyyətli fotolar əldə etməyə imkan yaradır.

Həmçinin, smartfon əlavə olaraq bir neçə maraqlı xüsusiyyətə malikdir. Belə ki, “Eye Comfort Shield” sayəsində zərərli “mavi” rəng işıqlandırılma şəraitində asılı olaraq avtomatik tənzimlənir.

Super “Smooth 60fps Video” funksiyasının köməyi ilə isə slowmotion videolarının çəkilişi zamanı məkanın güclü və ya zəif işıqlandırıldığından asılı olaraq kadr tezliyini tənzimləyə imkan yaradır.

Xatırladaq ki, hazırda sözü gedən smartfonlara istehsalçıdan xüsusi təklif keçərlidir. Belə ki, flaqmanların öncədən sifarişi 4 Fevral daxil olmaqla hələ də davam edir. Lakin, “Samsung” qeyd edir ki, smartfonların son dərəcədə populyarlığı və artan maraq sayəsində kampaniya çərçivəsində məhdud sayda mövcud olan cihaz sayı inanılma sürətlə azalır. Bu səbəbdən heç vaxt itirmədən bu fürsətdən yaralanmağa tələsin! Əlavə olaraq qeyd edək ki, “Galaxy S21”, “Galaxy S21 +” smartfonlarını qabaqcadan sifariş verdiyiniz zaman “Galaxy Buds Live” simsiz qulaqlıqlarını və “Smart Tag”, “Galaxy S21 Ultra” sifariş etdiyiniz zaman isə “Buds Pro” və “Smart Tag” hədiyyə olaraq əldə edirsiniz.

Yeni “Galaxy S21” məhsul xəttinin smartfonları və aksiya haqqında ətraflı məlumatı “Baku Electronics”, “Irşad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton”, “Optimal” və “World-Telecom” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri