21 
Dek
2021
10:30
158
59
1979
Virtual karabakh

Asiyanın ən prestijli müsabiqəsində Azərbaycan şərabının zəfəri - FOTO

21 Dek, 2021
10:30
1979

Asiyanın ən prestijli müsabiqəsində Azərbaycan şərabının zəfəri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın premium şərab istehsalçısı olan “SAVALAN – ASPI Winery”nin “SAVALAN NOBEL Exclusive Collection Red Dry Reserve 2016” şərabı prestijli beynəlxalq şərab müsabiqəsi olan “Japan Wine Challenge 2021”də  “Trophy for Best Ancient World Wine” (Ən yaxşı Köhnə Dünya Şərabı) mükafatına layiq görüldü.

“SAVALAN NOBEL Exclusive Collection Red Dry Reserve 2016” şərabı Azərbaycanın Qəbələ bölgəsinin Savalan vadisində yetişən Kaberne Frank, Alikante Buşe və Kaberne Sovinyon üzüm növlərinin qarışımından hazırlanıb. Bu şərab kompleks və özünəməxsus qoxuya, yumşaq, lakin inamlı tanin teksturasına, dolğun və zəngin dada malikdir.

“Trophy for Best Ancient World Wine” mükafatı terruarın xarakterini özündə tam əks etdirən, yüksək keyfiyyətli və bənzərsiz orqanoleptik xüsusiyyətləri özündə daşıyan Köhnə Dünyanın ən yaxşı şərablarına verilir.

“Biz bu mükafatı almaqdan qürur hissi duyuruq. Bu, təkcə şirkətimizin nailiyyətlərinin ifadəsi deyil, həm də bizim şərablarımızın dünyanın aparıcı istehsalçılarının şərabları ilə eyni səviyyədə ola biləcəyinə sübutdur”, - dedi “SAVALAN – ASPI Winery”nin direktoru Əjdər Şəfizadə.


Bu müsabiqədə  “SAVALAN – ASPI Winery”nin şərabları bundan əlavə daha altı mükafata layiq görülüb ki, onlar da aşağıdakılardır:

Qızıl medal

“SAVALAN NOBEL Exclusive Collection 2016”

Gümüş medal

“SAVALAN CANYON Reserve 2016”

“SAVALAN ELISA Winemaker Reserve 2018” 

Bürünc medal

“SAVALAN Cabernet Sauvignon Ripassato Reserve 2016” 

“SAVALAN Limited Release Reserve 2016”

“SAVALAN Marselan- Syrah 2018” 

Müsabiqə haqqında

“Japan Wine Challenge” 1997-ci ildən keçirilir, Asiyanın ilk və ən nüfuzlu şərab yarışmalarından biri hesab olunur. Bu müsabiqədə aparıcı beynəlxalq ekspertlər iştirak edir və 2021-ci ildə 28 ölkədən 1 100-dən çox şərab təqdim edilib.

Şirkət haqqında:

“SAVALAN - ASPI Winery” 2007-ci ildə təsis edilib. Müəssisə Savalan vadisində (Qəbələ rayonu) Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşir və burada təbiət yüksək keyfiyyətli üzüm yetişdirmək üçün ideal şərait yaradıb. Bu ərazilərdə şərabçılığın tarixi ən azı 2 300 il bundan əvvələ gedib çatır. Hazırda təsərrüfat dəniz səviyyəsindən təxminən 400 metr yüksəklikdə unikal təbii-iqlim şəraitində yerləşən 340 hektarlıq üzüm bağlarına sahibdir. Şərab zavodunda italyan oenoloqları Daniele d'Andrea və Elisa Vagnoni başda olmaqla aqronomlar və şərabçılardan ibarət peşəkar beynəlxalq komanda çalışır.

“SAVALAN - ASPI Winery” beynəlxalq üzüm sortlarından şərabların istehsalı üzrə ixtisaslaşıb. Şirkətin məhsulları nüfuzlu beynəlxalq yarışlarda çoxsaylı mükafatlar alıb. Bu yarışlara “International Wine Challenge”, “International Wine and Spirit Competition”, “Decanter”, “Mundus Vini” və başqaları daxildir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri