May
2024
17:02
18
48
1258
Virtual karabakh

“Baku Medical Plaza”da daha bir unikal əməliyyat keçirilib - FOTO/VİDEO

2 May, 2024
17:02
1258

“Baku Medical Plaza”da daha bir unikal əməliyyat keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Baku Medical Plaza”nın “Plastik-Rekonstruktiv Cərrahiyyə” komandası növbəti uğurlu əməliyyata imza atıb.

“Baku Medical Plaza” klinikalar şəbəkəsinin “Medilux” filialının Plastik-rekonstruktiv cərrahı, Tibb üzrə fəlsəfə doktoru, İSAPS üzvü PhD. həkim Dilqəm Məhərrəmovun həyata keçirdiyi “V formalı flab ilə kollumela defektinin bərpası, qabırğa qığırdağı ilə rekonstruktiv rinoplastika” əməliyyatı uğurla tamamlanıb. Yenidən normal həyatına qayıdan pasiyentimiz “Medilux” komandasına təşəkkür edib

PhD. Həkim Dilqəm Məhərrəmov həyata keçirdiyi əməliyyat barədə danışıb:

“Baku Medical Plazanın Medilux filialı tərəfindən təqdim edilən tibbi xidmətlər xəstələrin xarici mərkəzlərə üz tutması ehtiyacını tam aradan qaldırır. Təcrübəli və peşəkar komandamız, müasir texniki avadanlıqlarımız sayəsində əksər  riskli əməliyyatları uğurla icra etmək əzmindəyik. Adətən “Rinoseptoplastika” əməliyyatlarından sonra müxtəlif ağırlaşma hallarının statistik göstəriciləri orta hesabla 5-7% təşkil edir. Bəzən onlar mürəkkəb kombinasiyalı şəkildə meydana gəlir və sonradan bərpa olunması prosesi çox çətinləşir”.

Qeyd etmək istərdik ki, “Baku Medical Plaza” 2012-ci ildən ölkəmizdə fəaliyyət göstərir. Hazırda Babək, Mərkəz və Medilux filiallarımız vətəndaşlara xidmət edir.

Sizə bu cür ağırlaşma halı ilə üzləşmiş pasiyentimiz haqqında videonu  təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri