16 
May
2024
10:08
63
18
1097
Virtual karabakh

Azərbaycanın ilk rəqəmsal kənd təsərrüfatı texnika platforması - “Traktor.az” - FOTO/VİDEO

16 May, 2024
10:08
1097

Azərbaycanın ilk rəqəmsal kənd təsərrüfatı texnika platforması - “Traktor.az” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Expo Mərkəzi”ndə 17-ci “Caspian Agro” Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgisi həyata keçirilir. Kənd təsərrüfatı sektorunun əsas iştirakçılarının, yerli və xarici mütəxəssislərin, aralarında idxalçılar, ixracatçılar, distribütorlar, eləcə də, fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirən sərgidə Azərbaycanın ilk rəqəmsal  kənd təsərrüfatı texnikası platforması olan “traktor.az” ictimaiyyətə təqdim olunub.

Traktor.az” layihəsinin rəhbəri Fərrux Süleymanov mətbuata açıqlamasında bildirib ki, biz fermerlərə kənd təsərrüfatı texnikalarının əlçatanlığını və satışını həyata keçirən texnoloji həll imkanı təklif edirik:  

“Bir Nöqtə - Bir Xidmət” anlayışı “traktor.az”ın əsas şüarıdır. Yəni, onlayn platformada hər bir fermer və ya sahibkar yeni traktorlar və aqreqatlarla tanış olaraq onları əldə etməklə yanaşı, 40 faiz dövlət subsidiyası üçün müraciət edərək faizsiz və sərfəli lizinq şərtlərindən yararlana bilərlər. Fermerlərə bu platformada, seçdikləri texnikaları digər texnikalarla müvafiq parametrlər üzrə müqayisə edərək daha yaxşı və dəqiq qərarlar vermək  imkanı da yaradılıb”.

F. Süleymanov onu da vurğulayıb ki, “traktor.az”da markasından, ilindən asılı olmayaraq hər kəs rahatlıqla öz məhsulunu yerləşdirə bilər: “Yəni, ümumiləşdirib desək  “traktor.az” Azərbaycanda kənd təsərrüfatı texnikalarının satışına dəstək olan platformadır”.

Qeyd edək ki, mayın 17-dək  “Bakı Expo Mərkəzi”ndə  davam edəcək regionun ən böyük sərgisi olan “Caspian Agro”nu ziyarət edəcək hər kəs “traktor.az” stendinə gələrək terminallardan əyani olaraq saytın işləmə prinsipi ilə tanış ola və onları maraqlandıran suallara cavab tapa bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri