Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Unibank" müştəriləri üçün 1 500 000 manatlıq "Əjdaha" lotereya keçirir
Üç təmirli və əşyalı evdən, səkkiz ədəd "Toyota Corolla Cross" avtomobilindən, 50 "Apple iPhone 15 Pro" telefonundan birinə və 250 000 manatlıq pul uduşunda seçilmiş məbləğlərə sahib olmaq istəyirsiniz? Bu istəyə çatmağın yolu çox sadədir. Sadəcə ödənişlərinizi "Unibank" kartları ilə edirsiniz və möhtəşəm hədiyyələr qazanırsınız.
Bu dəyərli hədiyyələrə sahib olmaq imkanını sizə "Unibank"ın 1.5 milyonluq hədiyyə büdcəsi olan "Əjdaha" tirajlı stimullaşdırıcı lotereyası yaradır. İyulun 20-dən dekabrın 20-dək davam edəcək lotereya çərçivəsində "Unibank" müştəriləri ümumilikdə 1300-ə yaxın hədiyyə qazanacaq.
Lotereyada hansı hədiyyələr udulacaq?
Lotereya hərəsi bir ay davam etməklə, beş tirajı əhatə edir. Lotereyanın baş mükafatı "Seabreeze Park Residence-2"də yerləşən üç ədəd tam təmirli və əşyalı mənzildir. Bundan başqa lotereyada səkkiz ədəd "Toyota Corolla Cross" avtomobili, 50 dənə "Apple iPhone 15 Pro" telefonu, 100 ədəd 1000 manatlıq, 100 ədəd 500 manatlıq, 1000 ədəd isə 100 manatlıq pul uduşları oynanılacaq.
Lotereyada kimlər iştirak edəcəklər?
"Unibank"ın debet, kredit, rəqəmsal kartları ilə (lokal , biznes, "Leobank" layihəsi üzrə rəsmiləşdirilən kartlar istisna) nağdsız ödəniş edən müştərilər iştirak edəcəklər. Müştəri hər tirajda iştirak edə bilməsi üçün həmin tiraj dövründə minimum 50 AZN nağdsız əməliyyat edərək, beş şans qazanmalıdır. Nağdsız ödəniş edilən hər tam 10 AZN və onun ekvivalent məbləği müştərilərə lotereyada bir iştirak şansı qazandırır.
Yalnız birinci tirajda market, yanacaq doldurma, kafe və restoranlarda edilən hər tam 10 AZN dəyərində nağdsız əməliyyat müştəriyə üç şans qazandıracaq.
Hansı əməliyyatlar şans qazandırmır?
- Nağd əməliyyatlar;
- Kredit ödənişləri, depozit artımı, Topla yaradılması, kartdan karta köçürmə, kvazikeş əməliyyatları, sürətli pul köçürmələri, broker xidmətlər, qumar-mərc oyunlarına, lotereyalara ödənişlər;
-Reversal (ləğv olunmuş) əməliyyatlar.
Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz. Uduş fondunun oynanılması xüsusi kompüter proqramı vasitəsilə elektron püşkatma qaydasında Xəzər TV-də canlı olaraq keçiriləcək.
"Unibank" kartınla xərclə və "Əjdaha" lotereyasında iştirak et!
"Unibank" - Sənin Bankın!
Rəylər