Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"HUAWEI FreeBuds 6i": Hər kəs üçün zərif dizayn və yüksək texnologiya
"Huawei" zərif dizayn və qabaqcıl texnologiyanı uğurlu şəkildə bir araya gətirən və bunu əlverişli qiymətə təklif edən "FreeBuds 6i" qulaqlıqlarını tanıdaraq istifadəçiləri bir daha sevindirdi. Maraqlıdır, bəs hansı xüsusiyyətlərinə görə bu qulaqlıqlar rahatlığı, funksionallığı və zərif dizaynı dəyərləndirən insanlar üçün kəşf edilmiş "xəzinə" hesab olunur. Gəlin baxaq:
Dizayn və Erqonomika
Qulaqlıqların gövdəsi rahat dizayna malikdir, bu da onları əlinizdə və ya cibinizdə gəzdirməyi asanlaşdırır. Qulaqlıqlar damla kapsul görünüşünə malik klassik TWS (TrueWireless Stereo) dizaynında hazırlanmışdır. "FreeBuds 6i" üç rəngdə mövcuddur: ağ, qara və bənövşəyi. Təzə və göz oxşayan bənövşəyi rəng xüsusilə maraqlıdır.
Qabaqcıl Texnologiya
"FreeBuds 6i"nin əsas xüsusiyyətlərindən biri "Dynamic Intelligence ANC 3.0" texnologiyasıdır. Bu, ağıllı dinamik kənar səs ləğvi ANC 3.0 texnologiyası, real vaxt rejimində mühitə uyğunlaşaraq istənilən şəraitdə mükəmməl sükutu təmin edir. 2.4 dəfə artan əməliyyat gücü sayəsində qulaqlıqlar xarici mühiti tez təhlil edir və 34 ssenaridən optimal kənar səs ləğvi səviyyəsini seçirlər.
Dörd maqnitli 11 mm dinamik yayıcılar güclü və keyfiyyətli səs təqdim edərkən, təkmilləşdirilmiş qulaq yastıqları və yeni gurultu filtrasiya kamerası isə passiv gurultunu aradan qaldırır. Söhbətlər üçün kənar səs azaldıcısı təmin edilir ki, bu da hətta gurultulu yerlərdə belə səsin aydınlığına zəmanət verir. Səs keçirməz rejim ətrafdan gələn vacib səsləri qaçırmamağa imkan verir.
Səs və Müstəqil İş Rejimi
"FreeBuds 6i", 14 Hz-dən 40 kHz-ə qədər genişlənmiş tezlik diapazonu səsin güclü və ayrıntılı olmasına səbəb olur. "LDAC kodek" və "Bluetooth 5.3" çipinin istifadəsi yüksəkkeyfiyyətli səs ötürülməsini təmin edir. Dinamik ekvalayzer ton balansını və səs səviyyəsini mövcud vəziyyətə görə avtomatik olaraq uyğunlaşdırır.
Batareyanın ömrü kənar səs ləğvi ilə (ANC ilə) 5 saat, kənar səs ləğvi sistemi sönük vəziyyətdə 8 saatdır. Şarj keysi ilə birlikdə qulaqlıqlar müvafiq olaraq 20 və 35 saata qədər işlək qala bilər. "HUAWEI Ai Life" tətbiqi şarj səviyyəsini izləməyə və qulaqlıqların müxtəlif funksiyalarını idarə etməyə imkan verir.
Əlavə Xüsusiyyətlər
"FreeBuds 6i" sensorlu idarəetməni, qulaqlıq axtarışını, qulaqlıq sıxlığının yoxlaması və qulaqdan çıxararkən fasilə funksiyasını dəstəkləyir. Proqram təminatı mütəmadi olaraq cihazın sabit və keyfiyyətli performansını təmin etmək məqsədilə yenilənir.
Nəticə
Adaptiv kənar səs ləğvi və üstün səs keyfiyyətinin birləşdirməsi "HUAWEI FreeBuds 6i"ı təsnifatındakı ən yaxşı qulaqlıqlardan birinə çevirir. Bu, qabaqcıl texnologiya və əlverişli qiyməti təqdir edənlər üçün gözəl tapıntıdır.
Qulaqlıqlar artıq satışdadır və siz onları elektronika mağazalarından əldə edə bilərsiniz.
"Huawei şirkəti" teqi üzrə xəbərlər
- Huawei "Ultimate design" konsepsiyasında yeni fəsil açır
- "Huawei" Dubayda qatlanabilən məhsullarda mükəmməlliyin yeni erasını nümayiş etdirdi
- Çin avtomobil brendi "Rolls-Royce" və "Maybach" üçün rəqib hazırlayıb
- "HUAWEI MatePad 11,5"S": İnnovativ "PaperMatte" texnologiyası və onun üstünlükləri
- "Huawei" və "Dior"dan salonunda televizoru olan dəbli və güclü ELEKTROKAR
Rəylər