Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiya Mərkəzi Bankı rublla bağlı qərarını verdi
Rusiya Mərkəzi Bankı (RMB) əsas faiz dərəcəsini qaldırıb.
Oxu.Az TASS-a istinadən xəbərinə görə, bu barədə bank məlumat verib.
Məlumata görə, RMB 2023-cü ilin dekabrından bəri ilk dəfə əsas faiz dərəcəsini illik 16%-dən 18%-ə qaldırıb.
Həmçinin bildirilib ki, bank növbəti iclaslarda dərəcənin daha da artırılmasının mümkünlüyünü nəzərdən keçirəcək.
"26 iyul 2024-cü ildə Rusiya Mərkəzi Bankının Direktorlar Şurası əsas faiz dərəcəsini illik 18%-ə çatdırmaq qərarına gəlib. İnflyasiya sürətlənib və RMB-nin aprel proqnozundan xeyli yüksəkdir. Daxili tələbin artması mal və xidmətlərin təklifinin genişləndirilməsi imkanlarını əhəmiyyətli dərəcədə üstələməkdə davam edir. İnflyasiyanın yenidən azalmağa başlaması üçün pul-kredit siyasətində əlavə olaraq sərt tədbirlərin görülməsi tələb olunur. RMB qarşıdakı iclaslarında əsas faiz dərəcəsinin daha da artırılmasının mümkünlüyünü qiymətləndirəcək", - deyə məlumatda qeyd edilib.