23 
Apr
2024
11:00
52
53
1872
Virtual karabakh

Yenilənmiş “Porsche” Bakı Mərkəzinin açılış mərasimi baş tutub - FOTO

23 Apr, 2024
11:00
1872

Yenilənmiş “Porsche” Bakı Mərkəzinin açılış mərasimi baş tutub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

12 aprel tarixində Yenilənmiş “Porsche” Bakı Mərkəzində, satış və servis mərkəzinin möhtəşəm açılışı mərasimi və Yeni “Porsche Panamera” modelinin təqdimatı baş tutub.

Tədbir “Porsche Azərbaycan”ın İcraçı Direktoru Amal Əlili və “Porsche” Mərkəzi-Şərqi Avropa üzrə direktor Iryna Kauk-un nitqləri ilə başlayıb. Qırmızı lent kəsimi ilə rəsmi açılış qeyd edilib.

“Home for Dreamers” konsepti ilə hazırlanmış açılış mərasimində, bir ilə yaxın müddət ərzində davam edən “Klassik Porsche 911 - Restavrasiya Proyekti” haqqında da məlumat verilib və ilk dəfə olaraq yenilənmiş klassik 911 modeli “Porsche” sevənlərə göstərilib.

Həmçinin dəvətli qonaqlar öz ürək sözlərini “E-Performance” modulunda yerləşdirilmiş “Porsche Taycan” modelinin üzərində qeyd etmək şansı əldə ediblər. 

Tədbirin ən gözləntilərindən biri isə yeni “Porsche Panamera” modelinin “Porsche Servis”də möhtəşəm şou ilə birgə təqdim edilməsi olub.

Biri-birindən dəyərli hədiyyələr, tədbirdə iştirak edən hər bir qonaq üçün 100 AZN dəyərində “Porsche Lifestyle” vauçerləri ilə birgə keçirilən şanslı lotereyada üç şanslı qalib uyğun olaraq Türkiyə, Macarıstan və Avstriyada “Porsche Track Experience” proqramında tam təmənnasız iştirak hüquq qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri