23 
Apr
2024
12:24
38
9
874
Virtual karabakh

9-11 siniflər üçün hazırlıq məktəbi: Attestat və xarici universitetlərə hazırlıq bir yerdə! - FOTO

23 Apr, 2024
12:24
874

9-11 siniflər üçün hazırlıq məktəbi: Attestat və xarici universitetlərə hazırlıq bir yerdə! - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

9-11 siniflər üçün hazırlıq məktəbi növbəti (2024/2025) tədris ilindən etibarən fəaliyyətə başlayacaq!

“Leznik & Co.” tədris mərkəzi və “LANDAU School” Təhsil Kompleksinin birgə layihəsi olan bu kurs əsaslı hazırlıq məktəbi Azərbaycanın təhsil sahəsində bir ilkdir. Belə ki, şagirdlər bir məkanda gündəlik 3 saatlıq dərs rejimi ilə həm öz orta təhsillərini başa vurub buraxılış imtahanı fənlərinə (attestat), həm də xarici və yerli (SAT, IELTS və TOEFL nəticəsi ilə qəbul həyata keçirən) universitetlərə hazırlaşa biləcəklər. Azərbaycan və rus bölmələrini əhatə edəcək hazırlıq məktəbində hər sinif üzrə 15-18 şagird nəzərdə tutulub.

9-11 siniflər üçün hazırlıq məktəbinin digər orta məktəblərdən və kurslardan fərqi özəl olaraq hazırlanmış tədris proqramıdır ki, bununla da şagirdlər öz vaxtlarına, valideynlər isə xərclərinə qənaət edəcəklər. Bu məktəbin əsas üstünlüklərindən biri də özəl təhsilin aylıq ödənişlə olmasıdır.

2024/2025 tədris ili üçün müvafiq bölmə və siniflər üzrə aşağıdakı tədris proqramlarına qəbul açıq elan olunur:

Sinif Proqram Bölmə
IX Attestat üzrə hazırlıq Azərbaycan
Rus
Attestat və “PreIELTS” / PreTOEFL” üzrə hazırlıq Azərbaycan
Rus
X Attestat, IELTS / TOEFL və SAT üzrə hazırlıq Azərbaycan
Rus

Tədris ikinövbəli təhsil sistemi formasında həyata keçiriləcək.

Bəs hazırlıq məktəbinin şagirdlər üçün üstünlüyü nələrdir?

- Gündəlik 3 saatlıq tədris rejimi ilə şagirdlərin vaxtlarını daha səmərəli idarə edə biləcəklər;

- Məktəb kurs əsaslı olduğu üçün şagirdlər müvafiq fənlər üzrə həm kurs sisteminə uyğun hazırlaşacaqlar, həm də məktəbi uğurla bitirib attestat əldə edəcəklər. Bu da öz növbəsində onları əlavə xərclərdən azad edir;

- Şagirdlər bir mərkəzdə buraxılış imtahanı (attestat) üçün nəzərdə tutulmuş fənlər üzrə  hazırlaşacaqlar (yəni hər fənn üçün müxtəlif ünvanlara getməyəcəklər);

- Təhsil haqqını aylıq ödəniş üsulu ilə də ödəmək mümkün olacaq;

- Şagirdlər həm buraxılış imtahanına (attestat), həm də xarici universitetlərə qəbul olunmaları üçün tam hazırlaşa biləcəklər.

SAT üzrə hazırlıq proqramı “LANDAU Education Group”un təsisçisi, “LANDAU School”un baş akademik direktoru, təcrübəli riyaziyyatçı və təhsil üzrə ekspert Emil Leznik tərəfindən tərtib olunmuş xüsusi metodika əsasında tədris olunacaq.

“LANDAU School” və “Leznik & Co.” tədris mərkəzi təhsil sahəsində çoxsaylı uğurlara imza atmış “LANDAU Education Group”un ən genişmiqyaslı layihələridir.

Qeyd edək ki, “Leznik & Co.” 7 illik fəaliyyəti dövrü ərzində 2000-dən çox şagirdin dünyanın aparıcı xarici universitetlərində ali təhsil alması üçün hazırlayıb, SAT, IELTS və TOEFL üzrə şagirdlər tərəfindən əldə olunmuş yüksək nəticələrlə hər zaman fərqlənib.

Hazırda 9-11 siniflər üçün hazırlıq məktəbinə 2024/2025 tədris ili üçün qəbul açıq elan olunub!

Qeydiyyatdan keçmək üçün müvafiq linkə (https://shorturl.at/kO358) və ya “www.landauschool.com” saytında “9-11 siniflər üçün hazırlıq məktəbinə müraciət edin” bölməsinə keçid edərək onlayn formanı doldura bilərsiniz.

Daha ətraflı məlumat əldə etmək üçün *3170 nömrəsinə zəng edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri