23 
Apr
2024
16:57
84
12
1265
Virtual karabakh

Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda - FOTO/VİDEO

23 Apr, 2024
16:57
1265

Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca tanınmış kənd təsərrüfatı texnikası istehsalçısı “AGCO” şirkətinin “FENDT” və “VALTRA” brendlərinin Azərbaycanda rəsmi nümayəndəsi olan “Skyline Technics” şirkətinin servis və satış mərkəzi öz qapılarını şirkətin Bakıdakı müştəriləri və tərəfdaşları üçün açdı. Sahəsi 600 kvadratmetr olan yeni mərkəzimiz ən müasir diaqnostik və servis avadanlığı ilə təchiz olunub. Servis mərkəzinin strukturunda inzibati kompleksdən əlavə müştəriləri zəruri ehtiyat hissələri ilə operativ təchiz etməyə imkan verəcək geniş anbar, komfortlu gözləmə, servis xidməti və təmir zonası, həmçinin satış üçün nümayiş etdirilən texnikaların yerləşdiyi açıq pavilyon nəzərdə tutulub.

Açılış zamanı qonaqlar “Skyline Technics” şirkətinin nümayəndəsi olduğu dünyanın bir sıra qabaqcıl kənd təsərrüfatı texnikalarının istehsalçıları - Almaniyanın “Horsch”, İtaliyanın “Antonio Carraro”, “Rinieri”, “İdeal” brendlərinin texnikaları ilə yaxından tanış olublar.

Tədbiri giriş sözü ilə açan “Skyline Technics” şirkətinin rəhbəri cənab Orxan Cəfərov bildirdi ki, kənd təsərrüfatı sektorunun inkişafı ölkə başçısı tərəfindən prioritet elan edilib.

Bu xüsusda “Skyline Technic” şirkəti Azərbaycan fermerlərinin yüksək məhsuldarıq əldə etməsi üçün beynəlxalq arenada sınaqda keçmiş bir sıra qabaqcıl texnologiyanın ölkənin kənd təsərrüfatı sektoruna inteqrasiyasını həyata keçirir.

“Skyline Technics” şirkətinin təqdim etdiyi Almaniyanın “FENDT” brendi dünyanın aparıcı traktor və kombayn texnikalarının istehsalçısıdır. “FENDT” sadəcə bir ad deyil, “FENDT” bir inancdır. “FENDT” traktorları və kombaynları ilə fermerlər məqsədlərinə daha tez və yüksək məhsuldarlıqla çata bilərlər. Buna görə də şirkətin məqsədi fermerlərin tələblərini yerinə yetirmək, hətta onları üstələmək və bu sahədə uğur qazanmağa kömək etməkdir.

“AGCO” şirkətlər qrupuna daxil olan digər brend - Finlandiyanın “Valtra” traktorları müxtəlif işlər üçün istifadəsi asan traktor həllərinin işlənib hazırlanmasında və uyğunlaşdırılmasında qabaqcıl yer tutur. “Valtra” traktorları və xidmətləri etibarlılığı, universallığı, davamlılığı və Finlandiya kökləri ilə tanınır. Hər bir traktor xüsusi olaraq müştərilərin fərdi ehtiyacları üçün nəzərdə tutulmuşdur, ən sərt iqlimlərə tab gətirmək və ən çətin iş şəraitində ən yüksək performans səviyyəsini təmin etmək üçün istehsal edilib.

“Skyline Tecnics” şirkətinin təqdim etdiyi Almaniyanın “HORSCH” brendi innovativ kənd təsərrüfatı texnologiyası və torpağın becərilməsi, toxumçuluğu və əkilməsi üçün müasir həllərin aparıcı istehsalçısıdır. “HORSCH” markası fermerlər üçün Azərbaycanda illərlə təcrübədən keçən torpaq becərmə və səpin aqreqatları və həmçinin dərman səpmə texnikaları istehsal edir.

“Skyline Technics” şirkəti Azərbaycanda bağçılıq fəaliyyəti ilə məşğul olan fermerlər üçün də bir sıra innovativ texnikalar təqdim edir. Belə ki, bağçılıq traktorunun simvolu sayılan İtaliyanın “Antonio Carraro” traktorları fermerlər tərəfindən çox böyük maraqla qarşılanır.

“Antonio Carraro” brendinin təklif etdiyi traktorlar nəinki kiçik ölçüləri ilə, hətta innovativ olması ilə fərqlənir. Belə ki, istehsal olunan bütün traktorlar komfort və effektivliyi təmin etmək üçün 180 dərəcə dönən kabinələrlə təchiz olunub.

Həmçinin Azərbaycan fermerləri “Skyline Tecnics” şirkətinin təqdim etdiyi bütün texnikaları 40 faiz dövlət subsidiyası ilə lizinq şərtləri əsasında əldə edə bilərlər.

“Skyline Technics” QSC

 Addres: Qaradağ rayonu Salyan şosesi 14 km., AZ1063 BAKU/AZERBAIJAN

Əlaqə:

+994 70 684 18 17

+994 50 682 32 50

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri