29 
Apr
2024
09:32
24
29
1682
Virtual karabakh

“Nar”dan sərfəli smartfon təklifi

29 Apr, 2024
09:32
1682

“Nar”dan sərfəli smartfon təklifi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müştərilərinə sərfəli qiymətlər təklif edən “Nar” satış və xidmət mərkəzlərində “Xiaomi” və “Tecno” smartfonlarının ən məşhur modellərini təqdim edir. Qeyd edilən smartfonları nağd ödəniş və ya “BirKart” ilə aldığınız təqdirdə, 10%-ə qədər xüsusi endirim əldə edəcəksiniz. Digər bir üstünlük isə, bu smartfonların alıcılarına 12 ay pulsuz mobil internet və bir illik zəmanət verilməsidir.

Bundan əlavə, operatorun sərfəli qiymət strategiyasına uyğun olaraq, müştərilər “BirKart” ilə ödəniş edərkən “Xiaomi” və ya “Tecno” modellərini ayda cəmi 14,4 AZN-dən başlayaraq əldə edə bilərlər. Təklif edilən ən sərfəli cihazın qiyməti cəmi 184,9 AZN-dir. 
“Nar” mağazalarında smartfon satışı ilə yanaşı, mobil telefonlar üçün müxtəlif cihaz və aksesuarlar, telefon nömrələrinin satışı və bərpası, eləcə də digər xidmətlər təklif olunur. Operatorun müştəriyönümlülük strategiyasına uyğun olaraq, “Nar” abunəçiləri bu yüksək keyfiyyətli xidmətlərdən sərfəli qiymətə yararlana bilərlər.

“Nar” mağazalarının siyahısı və təklif olunan xidmətlər haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri