Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“OBA” əməkdaşları “Qan ver, həyat xilas et” şüarı altında birləşdilər - FOTO/VİDEO
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsinin baş ofis əməkdaşları tərəfindən “Qan ver, həyat xilas et” şüarı altında 8 May - Beynəlxalq Talassemiya Günü münasibətilə qanvermə aksiyası təşkil edilib.
Aksiyanın məqsədi talassemiya və hemofiliyadan, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaqdır. Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə baş tutan aksiya hər il marketlər şəbəkəsinin sosial məsuliyyət layihəsi çərçivəsində icra edilir.
Aksiyada “OBA” marketlər şəbəkəsinin, eləcə də, Veysəloğlu Şirkətlər Qrupunun onlarla əməkdaşı iştirak edib.
“OBA” marketlər şəbəkəsi hər zaman sosial məsuliyyətinin fərqindədir və cəmiyyətin müxtəlif həssas qrupları üçün mütəmadi olaraq sosial layihələr təşkil edir.
Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi ölkənin dörd bir yanında, 1400-ə yaxın filialı ilə xalqa qonşu market olaraq xidmət etməkdən qürur duyur.
Rəylər