Bakı Dövlət Universitetinin (BDU) Adilə Abbasova vəfat edib.
Oxu.Az-ın məlumatına görə, mərhum Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru olub.
O, 84 yaşında dünyasını dəyişib.
Belə ki, Adilə Abbasova Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü ildə "2-ci dərəcəli dövlət müşaviri" ixtisas dərəcəsinə layiq görülüb.
2007-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 2020-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Qeyd edək ki, Adilə Abbasova 2021-ci il oktyabr ayında Prezident İlham Əliyevin Zəngilanda ictimaiyyət nümayəndələri ilə görüşdə iştirak edib.