29 
Apr
2024
12:24
14
68
647
Virtual karabakh

“PAŞA Holding” tərəfindən “Future Shapers” inkişaf proqramının açılış tədbiri təşkil edilib - FOTO

29 Apr, 2024
12:24
647

“PAŞA Holding” tərəfindən “Future Shapers” inkişaf proqramının açılış tədbiri təşkil edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

27 aprel 2024-cü il tarixində “Future Shapers” proqramının açılış tədbiri baş tutub.

Proqram istedadlı universitet tələbələrini və yeni məzunları aşkar etmək, onların inkişafına töhfə vermək, eləcə də gənclərə bazarda yaranan yeni rollar barədə məlumat vermək məqsədini daşıyır.

“Future Shapers”ın bu ilki əsas mövzuları Kibertəhlükəsizlik, İnnovasiya, Məhsul Mədəniyyəti, Data və Analitika mövzularını əhatə edən bilik sessiyaları da həyata keçirilib.

Tədbir zamanı, spiker qismində “PAŞA Holding”in və digər qurumların rəhbər şəxsləri öz təcrübələrini paylaşıb, texniki va rəqəmsal bacarıqlar sahəsində baş verən yeniliklər və fürsətlər barədə məlumat veriblər. Bununla yanaşı, tədbirdə PAŞA Holding və onun törəmə şirkətlərinin nümayəndələri iştirakçılara PAŞA Qrupun baxışı, karyera və inkişaf imkanları barədə məlumat verib, bazarda yaranan yeni rollar barədə bəhs ediblər.

Növbəti mərhələ olaraq iştirakçıları qabiliyyət imtahanı, eləcə də müasir dövrdə tələb olunan bacarıqların inkişafı üzrə biznes simulyasiyalar gözləyir. Uğurlu nəticə təqdim edən şəxslər “PAŞA Qrup” şirkətlərinin istedadlar siyahısına da daxil ola biləcəklər.

Qeyd edək ki, proqram “PAŞA Holding”in Öyrənmə və İnkişaf mərkəzi olan “PAŞA Hub” tərəfindən təşkil olunur. “PAŞA Hub” yalnız “PAŞA Qrup” şirkətlərinin əməkdaşlarının inkişafına yönəlmiş deyil, eyni zamanda ölkəmizin gənc kadrlarının inkişafına yönəlmiş proqramların təşkilini nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri