29 
Apr
2024
17:50
137
11
961
Virtual karabakh

Yasamalda parklanma yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb - FOTO/VİDEO

29 Apr, 2024
17:50
961

Yasamalda parklanma yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal rayonu Şərifzadə küçəsində parklanma yeri kimi istifadə edilən səki piyadalara qaytarılıb.

Bu barədə  Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Bazar günü, aprelin 28-də səhər saatlarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinqlər nəticəsində paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 255 ünvanında ictimai yerin (səkinin) zəbt edilməsi faktı aşkarlanıb.

Piyada səkisinin parklanma yerinə çevrilməsi və bu ərazidə mövcud ağaclara zərər verilməsi cəhdinin qarşısı Baş İdarə tərəfindən alınıb. Belə ki, Baş İdarə müvafiq strukturları məlumatlandırmaqla, piyada səkisinin əvvəlki vəziyyətə qaytarılmasını təmin edib.

İctimai yerlərdən qanunsuz istifadə və zəbt halları, o cümlədən şəhər ərazisində qanunsuz tikinti faktlarına qarşı Baş İdarə tərəfindən aparılan barışmaz mübarizə bundan sonra da davam etdiriləcək”, - deyə Riyad Qasımov yazıb.

Qeyd edək ki, sosial şəbəkələrdə səkinin ərazidə yeni restoranı açılmalı olan “McDonald's” restoranlar şəbəkəsi tərəfindən zəbt edildiyi barədə məlumat yayılıb.

“McDonald's Azərbaycan”ın Mətbuat Xidməti ilə əlaqə saxlanılıb. Restoranlar şəbəkəsində bu məlumatın həqiqəti əks etdirmədiyi və qeyri-qanuni işlə əlaqələrinin olmadığı bildirilib. Şirkət həmçinin “McDonald's Azərbaycan”ın binanın sahibi olmadığını və mülkiyyətçi ilə icarə müqaviləsi bağladığını qeyd edib.

“McDonald's Azərbaycan” şirkəti Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səkilərin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində atdığı addımları alqışlayır”, - deyə “McDonald's Azərbaycan”ın Mətbuat Xidmətindən bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri