30 
Mar
2016
16:04
18
21
3770
Virtual karabakh

Bu dəfə Kamran Həsənli Samir Piriyevi məhkəməyə verir

30 Mar, 2016
16:04
3770

Bu dəfə Kamran Həsənli Samir Piriyevi məhkəməyə verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şoumen bacısı Gülərin də bu işdə əlinin olub-olmasından danışdı.

Şoumen Kamran Həsənli müğənni Samir Piriyev haqqında hüquq-mühafizə orqanlarına şikayət edib.

Oxu.Az xəbər verir ki, bu barədə ANS PRESS-ə K.Həsənli özü bildirib.

Şikayətin səbəbi isə S. Piriyevin ondan icazəsiz səsini yazması və bu səs yazısını kütləvi informasiya vasitələrində yayması olub: 

“Qanunvericiliyə görə, kiminsə səsini icazəsiz yazmaq və onu ictimailəşdirmək cinayətdir. Səsi yalnız istisna hallarda, müəyyən qurumlar yaza bilər. Samir Piriyev belə bir qanunazidd əməl törədib və onun bu əməlində cinayət tərkibi var. Hüquq-mühafizə orqanlarına şikayət etmişik. Bu gün isə yuxarı instansiyalara öz şikayətimizi çatdıracağıq”.

"Samir Piriyevin mənim səsimi yayması cinayətdir".

K.Həsənli müğənninin vəkili Ceyhun Yusifovun onun bacısı Gülər Həsənlinin də bu işdə əlinin olmasının faktlarla göstəriləcəyi fikrinə də münasibət bildirib: 

“Samir bundan əvvəl istintaqa hansı faktlar təqdim etdi ki, hələ bir Gülər haqqında da hansısa fakt təqdim etsin? S. Piriyev bununla artıq 3-cü vəkillə razılığa gəlir. Məsələdən xəbərdar olan vəkillər işdən imtina edirlər. Onlar ilk gündən məhkəməni də aldatmağa cəhd göstərirlər. Belə ki, onlar istintaqa ilkin ifadələrində Türkiyədə heç bir obyekt olmadığını bildiriblər. Daha sonra istintaqla müəyyən edildi ki, onlar dəfələrlə həmin ölkədə olub, şirkətin rəhbəri ilə görüşüblər”.

Şoumen onu da əlavə etdi ki, aprel ayının 2-də bütün bu məsələlərlə bağlı mətbuat konfransı keçirəcək və ictimaiyyətə bütün faktları açıqlayacaq.

Ötən gün müğənni Samir Piriyevin dələduzluqda ittiham etdiyi teleaparıcı Kamran Həsənlinin cinayət işi ilə əlaqədar özünə vəkil tutduğu ilə bağlı məlumatlar yayılıb. Məlumata əsasən, cinayət işinə görə vəkil Ceyhun Yusifovla razılığa gəlib.

C.Yusifov açıqlama verərək bildirib ki o, ötən gün Samir Piriyevlə müqavilə bağlayıb: 

“Aprelin 2-də bu işlə əlaqədar mətbuat konfransı da keçirəcəyik. Orada maraqlı açıqlamalar olacaq. Samir Piriyevlə Kamran Həsənli arasında növbəti səs yazıları ictimaiyyətə təqdim olunacaq. Hətta Kamran Həsənlinin bacısı Gülər Həsənlinin də bu işdə əlinin olması faktlarla göstəriləcək”.

Qeyd edək ki, martın 10-da bir sıra KİV-də Kamran Həsənlinin müğənni Samir Piriyev tərəfindən məhkəməyə verilməsi barədə məlumat yayılıb. Buna səbəbin isə Kamran Həsənlinin müğənniyə qarşı dələduzluq etməsi göstərilirdi.

Müğənninin vəkili Ruslan Əhmədoğlu bildirmişdi ki, müvəkkilinin Nərimanov Rayon Polis İdarəsinə müraciət etməsi dələduzluq faktı ilə əlaqədardır: 

”Samir Piriyev bir müddət əvvəl Kamran Həsənliyə birgə biznes qurmaq üçün 125 min dollar pul verib. Daha sonra şəriklərin ortaq biznesi baş tutmadığı üçün S. Piriyev şoumendən həmin pulu geri qaytarmasını istəyib. Kamran Həsənli isə 45 min dolları geri qaytarsa da 80 min dolları sonra geri qaytaracağını deyib. Lakin  üstündən vaxt keçməsinə baxmayaraq K. Həsənli həmin pulu geri qaytarmayıb. Müğənni də məcbur olub polisə müraciət edib”.

Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri