Fev
2014
21:45
60
22
27501
Virtual karabakh

Məşhur ailə: Sevinc və Fuad Əlişovlar - Foto

5 Fev, 2014
21:45
27501

Məşhur ailə: Sevinc və Fuad Əlişovlar - Foto

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sadəcə məşhur olmaq xatirinə yox, öz işlərinin peşəkarı kimi məşhur olsunlar”.

“Məşhur ailə”nin növbəti qonağı klipmeyker, rejissor Fuad Əlişov və aktrisa Sevinc Əlişova oldu.

Oxu.Az onların müsahibəsini sizə təqdim edir:

- Rejissor və klipmeyker kimi ixtisasca aktrisa olan xanımınızı hansı obrazda görürsünüz?

- Fuad: Bizim evliliyimizin müəyyən mərhələlərində ayr-ayrı obrazlarda, hal-hazırda isə ana obrazında görürəm.

- Həyat yoldaşınızdan başqa hansı rejissor və klipmeykerlərin işini bəyənirsiniz? 

- Sevinc: Çətin sualdır. Üstəlik Fuad da yanımdadır (gülür). Cavablandırmağa çətinlik çəkirəm. Mən o sənətin dərinliyini bilmirəm, sadəcə  tamaşaçı kimi deyə bilərəm ki, yaxşı iş ərsəyə gətirən rejissorlarımız var. 

- Həyatınızın ən çətin anı hansı olub?

- Sevinc:  Mən bunu iki yerə bölərdim: mənəvi və fiziki çətinlik.

İndi 28 yaşındayam şükür ki, bu yaşıma qədər elə də mənəvi çətinliyim olmayıb.

Fiziki çətinlik isə hər mərhələdə olur. Mənim üçün fiziki çətinlik yuxusuzluqdur. Amma indi bu çətinlik mənə xoşdur. Çünki körpələrimə görə bu çətinliyi çəkirəm. Hər bir qadının həyatında bu olmalıdır.

- Fuad: Şükürlər olsun ki, şəxsi həyatımda, ailəmdə faciəvi çətinliklərim olmayıb.

- Niyə birlikdə hansısa filmə, seriala yaxud klipə çəkilmirsiniz?

- Fuad: Mənim ümumiyyətlə, belə fikrim yoxdur. Birlikdə çəkilməməyimizin əsas səbəbi də elə budur. Obraza girmək, rol oynamaq mənim sənətimə uyğun deyil, həm də bu istiqamətdə bacarığım da yoxdur.

- Sevinc: İlk dəfə birlikdə öz toy mərasimimizdə çəkilmişik (gülür). Sizə maraqlı bir fakt deyəcəm. Biz artıq 7 ildir ki, ailəliyik. Hələ də bu günə qədər birlikdə öz toy diskimizə baxmamışıq.

Fuad efirpərəst, şöhrətpərəst deyil, bir yerdə çəkilməməyimiz məhz bundan irəli gəlir. Mən isə seriallara, filmlərə  dəvət alıram. Sadacə övladlarımız körpədir deyə, bütün təklifləri qəbul edə bilmirəm. 

- Üç övlad. Üçünü də ayrı-ayrılıqda necə xarakterizə edərdiniz?

- Sevinc: Əkizlərin 3 yaşı var, sonbeşik uşaq 7 aylıqdır. Üçü də bir-birindən çox fərqlidir.

Qızım Fatimə deyərdim ki, atasının balasıdır. Atasını görəndə heç kimə yaxınlaşmır.

Hələ lap körpə vaxtlarından, 3-4 aylıq olarkən ağlayanda ancaq atasının qucağında sakitləşirdi. 

Fatimənin əkiz qardaşı Suad gəzməyi, danışmağı, geyimləri, yaşında özündən  böyük qızları xoşlayır (gülür).  

Kiçik oğlum Nihad bacı ilə qardaşı 7 aylığında necə idisə, onlar kimi deyil, o da bir başqa cürdür. Üçü də nadincdir.

- Fuad Əlişovun bu günə kimi ən uğursuz işi hansı olub?

- Fuad: Karyeramın başlanğıcında belə hallar çox olub.

- Hazırda hansı layihələr üzərində çalışırsınız?

- Fuad: İndi reklam çəkilişləri ilə məşğulam.

- Fuad bəyin sizə ilk sevgi etirafını necə xatırlayırsınız?

- Sevinc: Mənim ad günümdə, 21 yaşım olanda mənə üzük bağışladı. Lakin o, bunu filmlərdəki kimi çox fərqli tərzdə etdi. İlk dəfə görüşdüyümüz yerdə üzüyü mənə təqdim edərək: “İstəmirəm səni evə tək yola salım, istəyirəm ömür boyu birlikdə yaşayaq” - dedi.

- Deyirlər ki, Fuad Əlişov rejissor kimi tənbəldir. Bununla razısınız?

Fuad: Təkcə rejissor kimi yox, elə həyatda da tənbəl insanam. (gülür)

- “Məhkumlar” , “Seçilən”, “Evləri göydələn yar” , “Aramızda qalsın”,  “Həyat çiçəyi”...  Davamı gələcək?

- Sevinc: İnşallah. Sözsüz ki, çəkilmək istəyirəm, bu, mənim sənətimdir. Amma indi azyaşlı övladlarım var. Onlar böyüsün yəqin ki, çəkilişlərə vaxt ayıra biləcəm.

- Hazırda klipmeykerlikdə geridə qalan illərə baxanda inkişaf var. Sizcə, çatışmayanlar nədir?

- Fuad: İndi çəkilən kliplər görüntü baxımından çox inkişaf edib. Yeni avadanlıqlar var. Amma məzmun yoxdur. Əvvəlki kliplərdə ideya zənginliyi var idi.

-  Məşhur ailənin övladlarının da gələcəkdə məşhur olmasını istəyirsinizmi?

- Hər ikisi: Sadəcə məşhur olmaq xatirinə yox, öz işlərinin peşəkarı kimi məşhur olsunlar.

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri