“İtaliyalı aktrisa Ornella Muti Rusiyanın rezidentidir və bu ölkənin vətəndaşlığını almaq üçün sənədlərini hazırlayır”.
Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə klipində Mutinin çəkildiyi aktyor Aleksandr Revva məlumat verib.
“Ornella Muti artıq Rusiya Federasiyasının rezidentidir və vətəndaşlıq almaq üçün sənədlərini hazırlamağa başlayıb. Bu barədə o, “Çelentano kimi” adlı birgə klipimizin təqdimatında bildirib”, - deyə Revva qeyd edib.
Bu günlərdə Hollivud aktyoru Stiven Siqal da Rusiya vətəndaşlığını qəbul edib.
A.S.
www.oxu.az
Rəylər