23 
Dek
2016
11:20
323
42
7568
Virtual karabakh

Ebru Gündeş Rza Zərrab ilə boşanmaqdan imtina etdi

23 Dek, 2016
11:20
7568

Ebru Gündeş Rza Zərrab ilə boşanmaqdan imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş həyat yoldaşı, iş adamı Rza Zərrab ilə barışıb.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir kiZərrab mart ayında ABŞ-da həbs olunmuş, sentyabr ayında isə Gündeşin ondan boşanmaq istədiyini və vəkilinin bu haqda vəkalətnamə göndərdiyini bildirmişdi. Keçən müddət ərzində iki tərəf də boşanma iddiası açmayıb.

Rza Zərrabın həbs olunmasından sonra 3 ay boyunca onunla görüşməyən Ebru Gündeş, bir müddət sonra həyat yoldaşı ilə telefon vasitəsilə ünsiyyət qurub. Cütlük arasındakı buzlar qısa zaman ərzində əriyib və məşhur müğənni boşanma qərarından imtina edib.

Ebru hazırda Zərrabın Beykozdakı villasına köçməyi planlaşdırır.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri