Türkiyəli müğənni Ebru Gündeş hazırda həbsdə olan İran əsilli iş adamı Rza Zərrabdan ayrılması xəbərinə reaksiya verib.
Oxu.Az Medianews saytına istinadən xəbərverir ki, E.Gündeş ərinin mediaya yolladığı yazılı müraciətə və orada yazılanlara cəmi bir cümləlik reaksiya verib: “Rza bəy lazım olanı deyib, qərarım doğrudur”.
E.Gündeş uzun müddətdir ki, həyat yoldaşı ilə boşanmaq istəyib. Amma qarşı tərəfin buna etiraz etməsi nəticəsində proses daim təxirə salınıb. Cütlüyün vəkili Şeyda Yıldırımın bu ilin martında təkzib etdiyi boşanma iddiası dünən hər iki tərəfin təsdiqi ilə mediada yayımlanıb.
Hazırda ABŞ-da məhbəs həyatı yaşayan R.Zərrab vəkili Volga Gökçe tərəfindən mediaya çatdırıb ki, müğənninin boşanma tələbi ilk olaraq, 13 iyul tarixində R.Zərraba çatdırılıb. Son günlər isə E.Gündeş prosesin sürətləndirilməsini tələb edib. Nəhayət, dünən boşanma vəkalətnaməsi R.Zərraba çatdırılıb.
Rza Zərrab bəyanatında bunları bildirir: “13.09.2016-cı ildə arvadım Əbru Gündəş vəkili vasitəsilə tərəfimə boşanmaq istədiyini çatdırıb, eyni zamanda prosesi dərhal yekunlaşdırmaq üçün yenə də vəkili vasitəsilə mənə təzyiq göstərib və son olaraq 23.09.2016-cı il tarixdə boşanma vəkalətnaməsini tərəfimə göndərmiş vəziyyətdədir. İçərisində yer aldığım bu sıxıntılı mərhələyə baxmayaraq arvadımın boşanma qərarını hörmətlə qarşıladığımı ictimaiyyətə bildirirəm. Hörmətlə, Rza Zərrab”.
A.M.
10:22
İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab həyat yoldaşı, müğənni Ebru Gündəşin ondan boşanmaq istədiyini bildirib.
Oxu.Az “Hurriyet” nəşrinə istinadən xəbər verir ki, ABŞ-da həbsdə olan Rza Zərrabın vəkili Volga Gökçenin sözlərinə, Ebru Gündeş həyat yoldaşına ilk dəfə boşanma istəyini avqustun 13-də çatdırıb.
Vəkil qeyd edib ki, R.Zərrab çətin vəziyyətdə olmasına baxmayaraq, yoldaşının qərarını hörmətlə qarşıladığını bildirib.
Xatırladaq ki, Rza Zərrab bu ilin mart ayında həyat yoldaşı Ebru Gündəş və azyaşlı qızı ilə birlikdə ABŞ-ın Mayami şəhərinə gedərkən FTB tərəfindən həbs olunub.
O İrana qarşı tətbiq edilmiş sanksiyaları pozmaqda, İran hakimiyyətinə aid pulların yuyulmasını təşkil etməkdə ittiham olunur. R.Zərrəab üçün 75 il həbs cəzası tələb olunub.
Qeyd edək ki, Rza Zərrab Ebru Gündəşin üçüncü əridir. Məşhur müğənni ilk dəfə 16 yaşında ərə gedib, 2002-ci ildə vəkil Ömər Durak ilə ailə həyatı qurub, 2010-cu ildə isə Rza Zərrabla evlənib.
S.B.
www.oxu.az
Rəylər