Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb.
Oxu.Az bildirir ki, 2010-cu il təvəllüdlü Murad Allahverdiyevin meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
00:51
Gəncədə çayda batdığı ehtimal olunan 14 yaşlı yeniyetmənin axtarışları davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən 2010-cu il təvəllüdlü Murad Yasin oğlu Allahverdiyevin batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

00:55
Gəncədə 14 yaşlı yeniyetmə çayda batıb.
Oxu.Az-ın məlumatına görə, Gəncə şəhər sakini Murad Yasin oğlu Allahverdiyev çayda boğulub.
Hadisə yerinə Gəncə Şəhər Baş Polis İdarəsinin və digər qurumların əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.