"Napoli" klubu "Mançester Yunayted"in ingiltərəli futbolçusu üçün təklif göndərib.
Məlumata görə, hazırda "Xetafe" klubunda icarə əsasında çıxış edən Meyson Qrinvud mövsüm sonunda "qırmızı şeytanlar"a qayıdacaq.
İtaliyanın "Napoli" klubu bu mövsüm ingiltərəli hücumçunun çıxışını bəyəndiyi üçün transfer etmək qərarına gəlib. Neapollular Meyson Qrinvud üçün 25 milyon avro təklif ediblər.
Qeyd edək ki, Meyson Qrinvud bu mövsüm "Xetafe" klubu ilə çıxdığı 34 oyunda 10 qol, altı məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: Goal.com