"Hər il təxminən 10 minə yaxın tələbə ali təhsil müəssisələrindən məzun ola bilmir".
Bunu "Xəzər Xəbər"ə müsahibəsində təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, xüsusən də I və II ixtisas qrupu üzrə məzun ola bilməyən qızların sayı oğlanlara nisbətən daha çoxdur.
Ekspert qeyd edib ki, akademik borclarını bağlaya bilməyən tələbələrin əksəriyyəti ali məktəbə aşağı balla qəbul olanlardır:
"Həmçinin akademik borcu olanlar arasında oxuduğu ixtisasa marağı olmayanlar və fərqli dillərdə təhsil alanlar da var. Aşağı balla ali təhsil müəssisəsinə qəbulu məqsədəuyğun deyil".
Ətraflı süjetdə:
![](https://img.youtube.com/vi/u6JFeC0qTH0/sddefault.jpg)
Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"
Rəylər