19 
Mar
2017
20:09
234
166
8073
Virtual karabakh

Aygün Kazımova: Mən fala baxdırmıram

Xalq artisti Aygün Kazımova Novruz bayramı haqqındakı xatirələrindən danışıb.

Oxu.Az Qafqazinfo-ya  istinadən xəbər verir ki, müğənni Novruzu uşaqlıqdan sevdiyini deyib: 

Novruz həyatımın özəl bayramıdır. Bu bayramı çox sevirəm. Novruzun həyatıma bağlılığı çoxdur. Novruz mənim üçün gözəl xatirələrdir, uşaqlığım, doğmalarım, milli adət-ənənələrimizdir. Novruzun çərşənbələrini lap çox sevirəm. Papaq atmalarını, qapı pusmalarını, fala baxmaları... Mənim üçün nağıllar aləmidir.

Xalq artisti fala baxdırmağını desə də, Novruz bayramında bu ənənədən geri qalmadığını bildirib:

Fala baxmaq kimi adətim yoxdur. Fala baxdırmıram. Amma Novruz adəti olan fala baxdırmaq mənim üçün tamam fərqlidir. Ona nağıl kimi baxıram. Qapı pusma adəti mənə nağılları, uşaqlığımı xatırladır. Bu fala özümü inandırmaq istəyirəm. Novruzda yaşadığım hisslər qeyri-adidir.

Bütün Novruz bayramlarım yaddaqalan olub. Hər bayramımın öz özəlliyi olub.

www.oxu.az

Digər Şou-biznes xəbərləri