Apr
2017
12:50
73
603
21337
Virtual karabakh

Meyxanaçı Kərim haqqında yayılan ölüm xəbəri yalan çıxdı

8 Apr, 2017
12:50
21337

Meyxanaçı Kərim haqqında yayılan ölüm xəbəri yalan çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir müddət əvvəl beyninə qan sızan və Mərkəzi Klinik Xəstəxananın reanimasiyasına yerləşdirilən tanınmış meyxanaçı Ağakərim (Kərim Novruzov) artıq palataya köçürülüb”.

Oxu.Az xəbər verir ki, bu barədə Lent.az-a meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib.

O bildirib ki, dünən günortadan sonra onun səhhətində yaxşılaşma hiss olunub: “Dünən reanimasiyadan çıxardılıb, palataya köçürülüb. Özünü çox yaxşı hiss edir. Ayağa da qalxıb. Huşunu da itirməyib. Hamımızı tanıyır, söhbət edir”.

Ağakərimin bacısı oğlu bildirib ki, meyxanaçı yaxın günlərdə evə buraxılacaq: “Həkimdən olsa günü sabah onu ev buraxar. Sadəcə biz istəyirik 3-4 gün palatada qalsın. Tamam sağalsın, sonra evə aparaq”.

O, həmçinin bəzi saytların tiraj xətrinə yalan xəbərlər yazmasına da etiraz edib: “Səhərdən mənim də, dayımın da telefonu dayanmır. Yalan xəbər yazmasınlar, dayım sağ-salamatdır”. 

Qeyd edək ki, bu gün bəzi KİV-lər meyxanaçı Ağakərimin dünyasını dəyişdiyi barədə məlumat yayıblar.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri