21 
Apr
2017
15:59
61
26
5238
Virtual karabakh

Vəfa Zeynalova serialdan niyə gedib?

21 Apr, 2017
15:59
5238

Vəfa Zeynalova serialdan niyə gedib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Vəfa Zeynalova ATV-də yayımlanan “Qardaşlar” serialından gedib.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, Bahar obrazını canlandıran aktrisa bir müddətdir serialda iştirak etmir, hətta onun adı serial başlayan zaman qeyd olunan aktyor heyəti siyahısından çıxarılıb.

Layihənin baş prodüseri Elməddin Cəfərov məsələyə münasibət bildirib:

“Vəfa xanım serialdan qarşılıqlı razılaşma ilə gedib. Bu, həmişəlik getmək deyil. Ola bilsin ki, sentyabr ayından yenidən bir arada çalışacağıq. Sadəcə olaraq ssenari yeniləndi, serialın mövzusu dəyişdi.

Hər il yanvar və avqust aylarında yeni mövzu və yeni nəfəslə tamaşaçı qarşısına çıxırıq. Heç bir sıxıntı yoxdur”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri