18 
May
2017
10:10
9
104
6634
Virtual karabakh

Elza Seyidcahandan yeni şeir: Mənim kimi bir pozğuna...

Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb. 
 
Oxu.Az “Əxlaqlı adam” adlı şeiri təqdim edir:

Yorğunam mən
Özüm bilərəm
Yaşamağı dadıram
Yaxşılıqla yatıram
Yaxşılıqda yanıram
Mən yandıqca qanıram
Azmışam mən
Pozğunluğun yollarında
Yatmışam mən
Yaxşılığın qollarında
Döşəyimin yorğanıyam
Yumru-yumru, yumru-yumru
Buludların arxasından
Vurğunuyam nəsihətin
Ölürəm acından onun üçün
Yeyərəm onu “uff” demərəm
Axı, o mənim hürriyətim
Min bir sahibi vardır
Mənim təmiz əxlaqımın
Dedi-qodudan
Qorxusu olmaz
Saf su tək əxlaqımın
Səhər-axşam qalxanıyam.
Çirkinliyin
Miskinliyin fərmanıyam
Küskünlüyün dərmanıyam
Qəmlər bir cür yozqundur
Dəmlər yüz cür yozqundur
Pozğunluğun acından
Ölüm acından
Öldürəcəm acından
Ölün acından
O pozğun ki,
Mənim kimi bir pozğuna
Qoy rast gəlsin istəyirəm
Ey pisliyin pozğunları
Pozğun olub yaxşılıqda
Arxalıqda, yamanlıqda
Arxalıqda, yamanlıqda
Samanlıqda eşələnər
Köməyinə guya gələr
Səsə-küyə ürpələnər
Alışdıqca
Mən pozğunam
Sən də pozğun ol deyəcək
Mənim kimi
İtin kimi etibarlı
Olmağı mən istəyirəm
Toxluğuyam yamanlığın
Çoxluğuyam tamamlığın
Vurğunuyam təsirliyin
Aşiqiyəm yönlülüyün
Heyranıyam adlılığın
Zirvəsiyəm yerliliyin
Ustadıyam çıxışlığın
Atılanıyam yaxşılığın
Heç kəs özünü
Saya bilməz
Tam əxlaqlı adam.
Nə qədər ki, deyil
Hamı
Tam əxlaqlı adam

A.S.
www.oxu.az

Digər Şou-biznes xəbərləri