30 
May
2017
09:29
103
76
10900
Virtual karabakh

“Maşın” şounu ilk tərk edən kim oldu? – FOTO

30 May, 2017
09:29
10900

“Maşın” şounu ilk tərk edən kim oldu? – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Murad Dadaşovun təqdimatında ATV telekanalında “Qarşıdurma” şüarı ilə yayımlanan “Maşın” şounun ilk buraxılışını tərk edən məşhur məlum olub.

Oxu.Az xəbər verir ki, verilişin qaydalarına görə, iştirakçılar müğənni Elton Hüseynəliyevi SMS səsverməsinə çıxarıblar. O, aktyor Elcan Rəsulovu şoudan uzaqlaşdırmaq istədiyini qeyd edib.

Sonda tamaşaçıların səsverməsi ilə E.Hüseynəliyev 36,42% səs toplayaraq özü verilişi tərk etməli olub.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır. Şouda mübarizəni aktrisa Pərvin Abıyeva, aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Cavad Rəcəbov, Üzeyir Medizadə, Səidə Sultan, rejissorlar Aqil M.Quliyev, Kənan M.M., aparıcı Azər Zahid, prodüser Tarix Əliyev, jurnalist Vüqar Vüqarlı, rejissor-aktyor Sərxan Kərəmoğlu, blogger Səbuhi Xanlarov, aktrisa-rəqqasə Oksana Rəsulova davam etdirir.

Aytən Sadıqzadə

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri