“M Group Production” təşkilatçılığı ilə 28 maydan etibarən ATV kanalında nümayiş olunacaq “Maşın” şounun anonsu yayımlanıb.
Oxu.Az xəbər verir ki, 18 ulduz iştirakçının mübarizə aparacağı şounun qaydalarına görə, avtomobilin ətrafında daha çox qalan və əlini onun üzərindən çəkməyən iştirakçı qalib elan olunacaq. Bundan başqa, şou zamanı tamaşaçıların səs sayı nəticəsində hər gün bir iştirakçı oyunu tərk edəcək. Final üç iştirakçı arasında keçiriləcək.
Şounu aparıcısı Əməkdar artist Murad Dadaşov olacaq. Tamaşaçılar verilişi hər gün saat 22:00-da canlı izləyə biləcəklər.
Uğrunda mübarizə gedəcək avtomobilin dəyəri isə 30 min dollardır.
A.S.
www.oxu.az
Rəylər