Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gürcüstan prezidenti qalmaqallı qanun layihəsinə veto qoydu
Gürcüstan prezidenti Salome Zurabişvili "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoyub.
Salome Zurabişvili bu barədə keçirdiyi brifinqdə bildirib.
Prezidentin sözlərinə görə, veto hüquqi qüvvəyə malikdir və bu gün parlamentə təqdim olunacaq.
"Bu gün konstitusiyamıza, Avropa standartlarına zidd olan və bununla da Avropa yolumuza maneə olan "Rusiya qanunu"na veto qoydum. Bu veto tamamilə qanunidir və bu gün parlamentə təqdim olunacaq. Bu qanun ləğv edilməlidir", - deyə prezident bildirib.
Mənbə: TASS
Ən çox oxunanlar
Rəylər