31 
İyl
2017
12:48
78
207
6199
Virtual karabakh

Bakıda “4 isti gün”: “Jara-2017” başa çatdı – FOTO

31 İyl, 2017
12:48
6199

Bakıda “4 isti gün”: “Jara-2017” başa çatdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Jara-2017” Beynəlxalq Musiqi Festivalının dördüncü – sonuncu günü Rusiyanın Əməkdar Artisti Qriqori Lepsin yaradıcılığına həsr edilib.

Oxu.Az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, musiqi gecəsinin fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Gecədə əvvəlcə səhnəni Lev Leşşenko və Jasmin bölüşüblər. Daha sonra Nikolay Baskov səhnəyə çıxaraq festival günlərində Alla Puqaçovanın və Sofiya Rotarunun yaradıcılıq gecələrinin keçirildiyini xatırladıb və onların repertuarlarından mahnılar səsləndirib.

Lolita və Nərgizin ifalarından sonra Eminin Aleksandr Marşalla, Sergey Lazarevin isə Dima Bilanla oxuduğu duetlər gecəyə xüsusi hərarət qatıb. “Jara”da iştirak etməkdən çox xoşbəxt olduğunu deyən Sergey Lazarev növbəti festivalın da möhtəşəm keçəcəyinə əminliyini bildirib.
Sonra səhnəyə LOBODA çıxıb. 

Konsertdə Vaxtanq Kikabidze, Stas Mixaylov, IOWA və MBAND qrupları, Diana Arbenina, Soso Pavliaşvili, Slava da öz mahnılarını oxuyublar. Stas Mixaylov “Jara” festivalında görüşməyin bir ənənəyə çevriləcəyinə ümidvar olduğunu bildirib.

Miri Yusiflə Röyanın duetindən sonra gecənin səbəbkarı Qriqori Leps tamaşaçıların alqışları ilə səhnəyə çıxıb və məşhur hitlərini ifa edib. O, həmçinin Aleksandr Marşal, Soso Pavliaşvili, Diana Arbenina, Dima Bilan, Vladimir Presnyakov, Emin, Valeri Meladze, Sergey Lazarevlə duetlər oxuyub.

Konsertin sonunda “Jara” festivalının təşkilatçıları - Emin, Qriqori Leps və Sergey Kojevnikov səhnəyə çıxıblar.

Emin festivalın təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya bir daha minnətdarlığını bildirib.

Gecə atəşfəşanlıqla yekunlaşıb.

Bununla da dörd gün ərzində tamaşaçılara unudulmaz anlar bəxş edən “Jara-2017” Beynəlxalq Musiqi Festivalı başa çatıb. 

Z.Q.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri