Sen
2017
12:54
63
490
21202
Virtual karabakh

Elza Seyidcahan: Oğul axtarıram ki, gəlib ağzımı tiksin

7 Sen, 2017
12:54
21202

Elza Seyidcahan: Oğul axtarıram ki, gəlib ağzımı tiksin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Elza Seyidcahan Publika.az-a müsahibə verib.

Oxu.Az həmin müsahibəni ixtisarla təqdim edir.

- Elza xanım, bir bənd şeir yazıb, aləmi bir-birinə qatmısınız, özünüz də Novxanıda hoteldə istirahət edirsiniz...

- Neyləmişəm ki? (gülür) “Nəsimi” filmində bir səhnə var, soruşur, “Günahım nədir, şahım?” Aləmi bir-birinə qatmaq yox, əksinə, mən sülh yaratmaq istəmişəm. Həmişə odun üstünə su səpmişəm. Son zamanlar özün də bilirsən ki, məni bir çox layihələrə münsif kimi dəvət edirlər. Münsif kreslosunda oturmağım isə bəzi uğursuzları narahat edir...

- Sizin münsif olmağınız, məsələn, Baba Vəziroğlunu niyə narahat etsin ki? Özünün ad-sanı, şöhrəti...

- Yaradıcı insanlar çox həssas olur. Mən həm gözümlə görürəm, həm də hiss edirəm. Bəzi insanlar “Xalqın şairi” layihəsini şou adlandırdı. Guya Elza Seyidcahan ora dəvət olunubsa, deməli, müsabiqə şou hesab olunur. Xeyir, Elza Seyidcahan şou deyil. Sadəcə, onun əsərlərindən şou kimi istifadə edib, pul qazanırlar. Elza Seyidcahanın sənəti o qədər böyükdür ki, orada hər bir insana pay var. Şoumenlərə də, sənət insanlarına da, jurnalistlərə də, fəlsəfəyə də!

Bəzilərinə hörmət edirəm, elə bilirlər ki, onlardan əskiyəm. Bilmirəm, mən yaradıcılıqda kimdənsə əskiyəm, yoxsa şəxsiyyətimdə? Mən xalqın hörmətini, dövlətimin ehtiramını, diqqətini dırnaqlarımla qazanmışam. Haqqımda artıq-əskik danışan şairlərin yaradıcılığını isə çox gözəl tanıyıram. Hətta təhlil də edərəm. Sadəcə, hərə özünə hörmət eləsin. Hədlərini, yerlərini bilsinlər və ehtiyatlı olsunlar. Şouya qalanda, özləri ən böyük şoumendirlər. Onların harada və necə şou çıxardıqlarını çox yaxşı bilirəm. Bir-iki fakt desəm, kifayət edər. Mən öz şəxsi həyatımda şou göstərməmişəmsə, yaradıcılığımda heç vaxt göstərmərəm. Mən qadın kimi şou göstərməmişəmsə, sənətimdə niyə şou göstərməliyəm ki? Öz yazıları ilə gündəmə gələ bilmirlər, Elzanın şeiri ilə özlərini gündəmə gətirirlər. Ay yazıqlar! Abşeron küləkləri kimi hər gün bir tərəfə əsirsiniz! Amma Elzanın bir əqidəsi var. Vətənini sevir, dövlətini sevir, prezidentini sevir, partiyasını sevir!

Mən 5-6 il bundan qabaq Baba Vəziroğlunun yaradıcılıq gecəsində iştirak etdim. Yoldan keçən şoumenlərin, tumanı qısaların hamısını doldurmuşdu Müqəddəs Flarmoniyanın səhnəsinə. Baba Vəziroğlu həmin gün şou göstərdi. Amma indi özü mənə şou adamı deyir.

- Əsas məsələ... “Tikim” şeirinizdən danışaq.

- Bu, çox uzun bir şeirdir. Şeir konkret kiməsə yox, kimlərəsə ünvanlanıb. Çox danışanlara yazılıb. Balaca olanda nənəmiz də, müəllimlərimiz də deyirdi ki, çox danışırsınız, neyləyək, ağzınızı tikək?

- “Tikim sizin ağzınızı...” Bu misra insanlarda başqa cür assosiasiya yaradıb. Söyüş kimi yozulur.

- Hər bir insan mənim şeirimi öz daxili dünyasına uyğun başa düşüb. Ona görə də şeiri məhz cahillərə həsr etmişəm. Adı da “Cahillərə”dir. İkincisi, kim mənim şeirimi pis mənaya yozursa, mən onu məhkəməyə verə bilərəm. Necə yəni, mən "tikim" sözündə pozğun nəsə demək istəmişəm? Ev tikilir, paltar tikilir... Bəli, ağız da tikilir. Çox danışarsınız, ağzınızı tikərlər! Onda görərsiniz, tikmək necə olur.

Axı sən nə ixtiyarla mənə deyirsən ki, Elza tərbiyəsiz söz yazıb. Tərbiyəsiz sənsən ki, şeirimi başqa mənaya yozursan. Bunun fəlsəfəsini də açmışam. Ağızı tikəndə qırxayaq kimi olur. Mən şeirimi yazmışam, arxasında da dururam. Bəs sənin içini niyə qurd yeyir? Niyə paxıllıq edirsən? Nədi-nədi bu ifadəni indiyə kimi sən tapmamısan, Elza tapıb? Uğursuz bəstəkarlar məni dahi bəstəkar etdilər, belə getsə, uğursuz şairlər də məni dahi şair edəcəklər.

- Birdən kimsə sizin ağzınızı tikmək istəsə, ona nə deyərdiniz?

- Oğul axtarıram ki, gəlib mənim ağzımı tiksin. Özü də sözü, sənəti ilə tiksin. Mən hamının ağzını öz sənətimlə tikirəm. Bu, sağlam bir rəqabətdir. Bacarırlar, tiksinlər. Mən bacarıram, tikirəm... Fikirimi deyirəmsə, şeirimi yazıramsa, heç kim mənim ağzımı tikə bilməz! Amma mən konkret demişəm ki, tikim sizin ağzınızı.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri